Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə İsveçə icazə verməklə hansı şərtlərini yeritdi?..
Türkiyə İsveçə icazə verməklə hansı şərtlərini yeritdi?..

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq arasında Vilnüsdə keçirilən görüşdə NATO-nun genişlənməsinə dair razılıq əldə olunub. Razılığa görə, həmçinin, Stokholm heç bir terror təşkilatını dəstəkləməyəcək. Bundan başqa, Ankara və Stokholm arasında iqtisadi əməkdaşlıq başlayacaq. Ölkələr arasında silah ticarəti ilə bağlı məhdudiyyətlər yumşaldılacaq. Eyni zamanda, İsveç Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyəcək.

“Türkiyə İsveçin NATO-ya daxil olması ilə bağlı hər hansı bir maneə yaratmamağı ilə bağlı öz üzərinə öhdəlik götürüb. Bu da o deməkdir ki, artıq İsveçdə yaxın zamanlarda NATO-nun üzvü olacaq. Bu məsələlərdə 2 önəmli faktor önə çıxır. Birincisi Türkiyənin Avropa İttifaqına üzvlük məsəsələsinə İsveçin verəcəyi dəstək, ikinci PKK və digər terror təşkilatlarının İsveçdə fəaliyyəti tamamilə dayandırılacaq və yaxud da elə bir vəziyyətə gətiriləcək ki, artıq onların o imkanları olmayacaq. PKK üzvü olan və yaxud da digər terror təşkilatlarının üzvü olan şəxsiyyətlərin İsveç parlamentindən və hökümət hüququndan uzaqlaşdırılması önəmlidir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Samir Hümbətov ölkələrarası razılaşmanı şərh edərkən danışıb. Onun fikrincə, birdən-birə NATO-ya üzvlük məsələsinin həll olunacağı inandırıcı görünmür. Çünki bu yeddi mərhələlidir və Türkiyədə bu 7 mərhələ həyata keçirilməli, parlamentdə təsdiq olunma və nəhayət prezident tərəfindən imzalanmalıdır.

Samir Hümbətov Samir Hümbətov

Politoloq hesab edir ki, Türkiyə bir müddət İsveçi müşahidə edəcək, görsün ki, İsveç həqiqətən də verdiyi sözün üstündə dururmu, terror təşkilatlarının ordan uzaqlaşdırırmı, Türkiyəyə Avropa İttifaqı istiqamətində yol açırmı və yaxud da Türkiyənin Avropa ittifaqı ilə əlahiddə bir saziş imzalayıb, Avropa İttifaqına üzvlüyə yaxın bir formada müqavilənin imzalanması həyata keçirə bilərmi...

“Türkiyə və yaxud da Ərdoğanın boş-boşuna İsveçin NATO-ya üzv olmasına razılıq verəcəyini düşünmürəm. Hər-halda orda bir bazarlıq olub. Və o razılığın əsasında, indi Türkiyə İsveçin NATO-ya yolunu açır”-deyən politoloq bildirib ki, bunu geosiyasi və geostrateji önəmi var.

Samir Hümbətovun sözlərinə görə, Türkiyə Rusiya ilə bəzi məsələlərdə, ikili ticarət əlaqələrində və regional məsələlərdə əməkdaşlıq edir. Türkiyə xarici siyasətində artıq yeni bir dönəmi başladıb. Həmin dönəmin də əsas elementlərindən biri Qərblə əməkdaşlığın yaxşılaşdırılmasıdır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »