Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağdakı uşaqların “müharibə oyunu” - "Bu, onların "xəstə" şüurunun məhsuludur"
Qarabağdakı uşaqların “müharibə oyunu” - "Bu, onların "xəstə" şüurunun məhsuludur"

Bir neçə gün əvvəl bloger Qagik Arutyunyan öz “Facebook” səhifəsində Qarabağdakı erməni uşaqların “müharibə oyunu” bu əks etdirən video paylaşıb. Videodan da görünür ki, yeniyetmə uşaqlara kamfulyaj və dəbilqə geyindirib, əllərinə silah verilib. Uşaqların üzərində qondarma rejimin atributları da nəzərə çarpıb.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanda uşaqların müharibə ilə bağlı məsələlərə cəlb olunması, onlara nifrət aşılayan hansısa təlimlərin keçirilməsi və bu istiqamətdə göstərilən fəaliyyətlərlə birinci dəfə deyil ki, qarşılaşırıq.

Mübariz Göyüşlü Mübariz Göyüşlü, Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bu videodan görünür ki, uşaqlar anti-Azərbaycan ovqatında hərbi təlimlərə cəlb edilir. Yəni həm sülhdən və birgə yaşayış məsələlərindən danışıb, həm də gənc nəsli, uşaqları bu şəkildə zəhərləyirlər. Görünür ki, uşaqların əlindəki o əski parçası da "gorbagor olmuş" qondarma rejimin bayrağına bənzəyir. Bu məsələni uşaqlara təbliğ etmək, onları zorakılığa və müharibə məsələlərinə sövq etmək, onların bu istiqamətdə şüurunu zəhərləmək, onları zorakılığa təşviq etmək çox böyük məsələdir. Bu, həmin cəmiyyətin "xəstə" təxəyyülünün, "xəstə" şüurunun məhsuludur. Bu toplumun nə vaxtsa düzələcəyinə mən inanmıram. Bu səbəbdən də biz hər zaman hazır olmalıyıq. Onlar başlarını qaldırdığı anda, onlara lazımi cavab verilməlidir. Çünki ermənilər uşaqlara bu məsələləri təbliğ edirlərsə, onların səviyyələri də budur”-deyən politoloq hesab edir ki, bu məsələlər araşdırımalıdır. Eyni zamanda beynəlxalq uşaq hüququ müdafiə təşkilatları da bu istiqmaətdə Ermənistana təzyiqlər etməlidir. Bu, qəbul edilən bir məsələ deyil.

Politoloqun fikrincə, bu kimi hallar həm Ermənistanın çarəsizliyini göstərir, həm də, erməni toplumunun necə bir toplum olduğunu sübut edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »