Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Köhnə binaların əksəriyyəti xarici ölkə-şəhərlərin, yaxud şəxslərin adını daşıyır"
"Köhnə binaların əksəriyyəti xarici ölkə-şəhərlərin, yaxud şəxslərin adını daşıyır"

Azərbaycanda göydələnlər, çoxmərtəbəli binalar tikilsə də, maraqlısı budur ki, bu günə qədər Azərbaycanın memarlıq sahəsində öz yeni milli brendləri yoxdur. Biz hər zaman XIX əsrdə tikilmiş binalarımızı nümunə kimi göstərir və bu memarlıq abidələrini qorumağa çalışırıq. Niyə yeni memarlıq abidələrimiz, layihələrimiz yaranmır?

“Hər il Azərbaycanda müəyyən ali təhsil müəssisələrində çox sayda memarlar təhsil alır. Həmçinin xarici ölkələrdə təhsil alan azərbaycanlı memarlar var ki, mütəxəssis kimi professional olsalar da, Azərbaycanın yeni milli memarlıq üslubunda heç bir lahiyələr irəli sürmürlər”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Azərbaycanın öz milli brendi yaradılmalıdır. Mütəxəssis hesab edir ki, bu layihələr işğaldan azad edilmiş rayonlarımızda tətbiq edilməlidir.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

“Qarabağda tikinti işləri aparılarkən həmin ərazilərdə də milli memarlıq islubunda tikililər tikilməlidir. Bununla həm gələcək nəsillərə öz milli mənəvi dəyərlərimizi çatdırmış olarıq, həm də həmin ərazilərdə milli memarlıq abidələrimiz yaradılmalıdır. Qarabağ ermənilərlə sərhəd ərazi olduğu üçün burada mütləq şəkildə milli memarlıq abidələrimiz olmalıdır. Bu ərazidə milli memarlıq üslubunda binalarımız, yaşayış massivlərimiz olmalıdır ki, 100 illərdən sonra da həmin ermənilər hərhansı bir torpaq iddiasında olarlarsa, həmin milli memarlıq üslubunda olan binalarımız tarixi sübut kimi dünyaya sübut edilsin ki, bu ərazilər qədim Azərbaycan torpaqlarıdır”-deyə ekspert bildirib.

Fərzəliyevin fikrincə, ölkənin hər yerində bur tip milli layihələr həyata keçirilməlidir. Belə olarsa, həm memarlıq sahəsi inkişaf edər, həm də gələcək nəsillər üçün tarix yaranmış olar.

“Bu gün Bakı şəhərində yerləşən köhnə yaşayış binalarının böyük əksəriyyəti, hərhansı bir xarici ölkə şəhər adlarını və yaxud şəxslərin adını daşıyır. Yəni “Xuruşov”, “Stalinka”, “Alman”, “Fransız”, “İtalyan” və digər lahiyəli binalar var ki, o binalar Azərbaycanda qaldıqca, mütləq şəkildə o ölkələrin və o şəxslərin adlarını yaşadır.

Azərbaycan memarlığı da elə bir formada yeni lahiyələr hazırlamalıdır ki, həm Azərbaycan memarlıq üslubunda tikilməli həm də digər ölkələrin marağına səbəb olmalıdır ki, o lahiyələr başqa ölkələrdə də tikilsin. Həmin ölkələrdə bizim milli lahiyəli binalarımız tikildikcə, o ölkələrdə də Azərbaycanın adı tanınacaq”- deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »