Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın Əliyevdən arxada oturması söz-söhbətlərə səbəb olub – Mirzoyan açıqlama yayıb
Paşinyanın Əliyevdən arxada oturması söz-söhbətlərə səbəb olub – Mirzoyan açıqlama yayıb

İyunun 3-də Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edib. Ermənistan hökuməti başçısının Azərbaycan prezidenti İlham Əliyevin arxasında, ikinci cərgədə əyləşməsi Ermənistanda müxtəlif söz-söhbətlərə səbəb olub.

Bizimyol.info xəbər verir ki, 2022-ci il büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı Ermənistanın xarici işlər naziri Türkiyə prezidentinin andiçmə mərasimində Ermənistanın baş naziri Nikol Paşinyanın niyə ikinci sırada oturduğunu izah etməyə çalışıb.

Belə ki, Mirzoyan bu mövzuya toxunaraq vurğulayıb ki, “bu, protokol məsələsidir və başqa bir şey deyil”.

"Bütün baş nazirlər ikinci cərgədə oturmuşdu. Onların arasında Ərdoğan üçün önəmli şəxs olan Macarıstanın baş naziri Viktor Orban da var idi", - deyə Mirzonyan söz-söhbətlərə son qoymaq istəyib.

Nazir bir daha qeyd edib ki, bunlar protokol məsələləridir və o, belə halları o qədər də əhəmiyyətli hesab etmir.

Məlumat üçün bildirək ki, bundan əvvəl Paşinyan Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, ölkələr arasında münasibətlərin tam şəkildə normallaşması üçün birgə işin davam etdirilməsini gözlədiyini bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »