Ukraynadakı hazırkı münaqişə ona gətirib çıxarmalıdır ki, Avropa İttifaqı (Aİ) bütün Avropa ərazisini əhatə etsin.
Bizimyol.info xəbər verir ki, bunu “Polşa - böyük layihə” adlı forumda çıxış edən Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Polşa baş nazirinin sözlərinə görə, indi Avropa “tarixi şans” əldə edib: "Biz çalışmalıyıq ki, Aİ-nin sərhədləri Avropanın coğrafi sərhədləri ilə üst-üstə düşsün. Ukrayna və Şərqi Avropanın digər ölkələri Polşa, Fransa və İspaniyanın qardaş xalqlarıdır. Ukraynadakı münaqişə artıq geosiyasi trayektoriyanı dəyişdirməkdir", - deyə o vurğulayıb.
“Bu, Avropanın şərqə doğru genişləndirmək, qitəmizin siyasi coğrafiyasını dəyişmək, yeni təhlükəsizlik arxitekturasını yaratmaq, Avropanın yeni xəritəsini çəkmək üçün yüz ildə bir şansdır. Rusiyadan gələn daimi təhlükədən asılı olmayan vəziyyətdir”, - Moravetski deyib.
Onun sözlərinə görə, Ukraynanı, ola bilsin ki, müəyyən müddətdən sonra Belarusu Avropa strukturlarının orbitinə çəkmək, ABŞ-la əməkdaşlığı gücləndirmək lazımdır ki, Atlantik dünyası iki ayaq üstə dayansın.
Moravetskinin planına görə, Polşa təhlükəsizlik siyasəti, nəqliyyat, enerji və regional əməkdaşlıq sahəsində Aİ-nin mərkəzi ölkəsi olmalıdır.
Qadir, Bizimyol.info