Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şimal-Cənub dəhlizi qlobal sistemdən təcrid olunan Rusiya üçün hava və su qədər əhəmiyyətlidir"
"Şimal-Cənub dəhlizi qlobal sistemdən təcrid olunan Rusiya üçün hava və su qədər əhəmiyyətlidir"

Rusiya ilə İran arasında Rusiya ilə Fars körfəzindəki limanları birləşdirəcək saziş imzalanıb. Amma bu layihə Azərbaycandan keçərək həyata keçirilməlidir. Azərbaycanla isə İran arasıdna uzun müddətdir ki, gərginlik var. Bir tərəfdən Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərindəki “rolu” digər tərəfdən İranla olan münasibətlər fonunda Azərbaycan da bu layihədən yararlana bilərmi? Əgər bu sazişə imza atılarsa, iqtisadi baxımdan Azərbaycan üçün nə kimi faydaları ola bilər?

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, indidən konkret nəsə söyləmək tezdir, bütün suallara zaman aydınlıq gətirəcək. Onun fikrincə, əvvəlki situasiyada nəqliyyat yolu ilə ikiəlli razılaşmaq olardı. Çünki kommunikasiyalar təkcə iqtisadi deyil, siyasi dvidendlər gətirirdi. Həm Ermənistan layihələrdən və ümumilikdə proseslərdən tədric olunurdu, həm də münaqişənin həlli üçün ölkəmizin mövqeyi güclənirdi. İndi çox şey dəyişib. Münaqişə həll olunub, digər tərəfdən İran kimi Rusiya da sanksiyalara məruz qalıb. Ancaq, gələcəkdə hadisələrin necə dəyişəcəyini təxmin etmək çətindir.

Pünhan Musayev Pünhan Musayev

“Ola bilər ki, hazırki stiuasiya aradan qalxsın, münasibətlər normallaşsın. Yaxud da, tamamilə əksini görə bilərik, “Soyuq Müharibə”dəki kimi bloklararası münasibətlər ən minimal səviyyədə olsun. Ancaq, bu da o demək deyil ki, layihədən birdəfəlik imtina olunmalıdır. Amma Azərbaycandan çəkilməsə belə, böyük ehtimalla fayda-itkiləri nəzərə alınaraq dəhliz Xəzər dənizi və ya Mərkəzi Asiyadan keçə bilər. Çünki qlobal sistemdən təcrid olunan Rusiya üçün Hindistan hazırda hava və su qədər əhəmiyyətlidir. Düzdür, daşınmalar Aralıq dənizi və Süveyş kanalı vasitəsilə də həyata keçirilə bilir, lakin ən tezi ay yarıma. Şimal-Cənub dəhlizi bu intervalı bir aydan daha az müddətə endirir”-deyən iqtisadçı bildirib ki, Azərbaycanın uzun illər bu sahədə topladığı təcrübə və eləcə də etibarlı tərəfdaş statusu təşəbbüskarlar üçün ölkəmizi cəlbedici edir.

Pünhan Musayevin fikrincə, digər bir məsələ ondan ibarətdir ki, kommunikasiya əsasən Hindistan və İran körfəzindən daşınmaların Rusiya və Avropaya çatdırılması üçün nəzərdə tutulduğundan, mövcud situasiyada sanksiyalar iki region arasında əlaqələrin zəifləməsi və itməsinə səbəb olub. Belə olan halda isə, körfəzdən daşınan yüklər üçün Zəngəzur dəhlizi ideyası da alternativə çevrilə bilər. Hər şeydən əlavə, Azərbaycanın potensial nəqliyyat habına çevrilmə imkanlarını da diqqətdə saxlamaq zəruridir.

“Onilliklər boyunca yaradılmış infrastruktur, telekommunikasiya, avtomobil və dəmir yolları, limanlar dünən olduğu kimi sabah da istifadə olunmalıdır. Buna görə də, hökumətin perspektivi nəzərə alaraq qərar verməsi olduqca əhəmiyyətlidir”-deyə Pünhan Musayev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »