Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski G7 liderləri ilə danışıqlar aparacaq
Zelenski G7 liderləri ilə danışıqlar aparacaq

Mayın 19-21-də Xirosimada (Yaponiya) keçiriləcək sammitdə “Böyük Yeddilik” qrupuna (G7) daxil olan ölkələrin liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

Qeyd edək ki, G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək. Sammit zamanı əsas mövzular Ukraynadakı münaqişə və Pekinin Tayvan boğazı və Cənubi Çin dənizindəki fəaliyyəti olacaq.

ABŞ, həmçinin Cənubi Koreya və Yaponiya liderləri ilə üçtərəfli danışıqlar aparmağı, burada iqtisadi təhlükəsizlik məsələlərini, hərbi təlimlərin genişləndirilməsini və KXDR-ə qarşı birgə siyasəti müzakirə etməyi planlaşdırır.

Son xəbərlər
Bütün xəbərlər »