Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dövlət katibi ilk dəfə Rusiyaya terrorun sponsoru deyib
ABŞ dövlət katibi ilk dəfə Rusiyaya terrorun sponsoru deyib

ABŞ-ın dövlət katibi Entoni Blinken ilk dəfə Rusiyanın terrorizmin himayədarı kimi tanınmasının mümkünlüyünü etiraf edib. O, bu barədə ABŞ Senatının komitəsində Çinlə bağlı dinləmələrdə bildirib.

Bizimyol.info xəbər verir ki, “European Pravda”nın verdiyi məlumata görə, Blinken belə bir bəyanatla respublikaçı senator Lindsi Qremlə müzakirələr zamanı çıxış edib. Sonuncu Rusiya Federasiyasına terrorizmin dövlət himayədarı statusunun verilməsinin zəruriliyini qeyd edib.

"Biz hamımız istəyirik ki, Çin Rusiyaya kömək etməsin, elə deyilmi? Mənim bir fikrim var. Yüz ABŞ senatoru Çin kimi ölkələri silahla təmin etməmək üçün Rusiyanı terrorizmin himayədarı kimi təyin etməyi təklif edib. Aylar keçdi və heç nə olmadı. Cənab dövlət katibi, sizi çox bəyənirəm. Amma siz heç vaxt Rusiyanı terrorizmin himayədarı elan etməzdiniz, elə deyilmi?", - deyə Lindsi Qrem Blinkenə müraciət edib.

Dövlət katibi Blinken bu suala: “Heç vaxt heç vaxt demə. Dünən deyilməyibsə, bugün səsləndirilməyəcək demək deyil”, - deyə cavab verib.

2023-cü ilin fevralında Slovakiya Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. Bundan əlavə, ölkənin Milli Şurası Rusiyanın təcavüzünü, eləcə də Moskvadan gələn nüvə təhdidlərini pisləyib.

Bundan əvvəl Polşada da analoji qərar qəbul edilib. 2022-ci ilin dekabrında ölkənin Seymi Rusiya Federasiyasını terrorizmi dəstəkləyən və terror tədbirləri tətbiq edən dövlət kimi tanıyıb.

Bundan əlavə, 2022-ci il noyabrın 23-də Avropa Parlamenti Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanıyıb. Müvafiq qərarın lehinə 494 deputat səs verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »