Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu gün jurnalist vəsiqəsi sadəcə jurnalist olduğunu sübut edən bir sənədə çevrilib" - Video
"Bu gün jurnalist vəsiqəsi sadəcə jurnalist olduğunu sübut edən bir sənədə çevrilib" - Video

Türkiyədə jurnalist vəsiqəsi almaq asandırmı? Jurnalistlərin hansı güzəştləri var?

Bizimyol.info xəbər portalının bu kimi suallarını Avrasiya Media və Kommunikasiya Konfederasiyasının (AVKON) rəhbəri Şakir Gürel cavablandırıb.

TİMEF başqanı Şakir Gürel Şakir Gürel

- Şakir bəy, Türkiyədə jurnalist vəsiqəsi almaq asandırmı?

- Bu da əslində “Media məslək” qanunun çıxmasını gözləyir. Türkiyədə jurnalist vəsiqələrini İletişim Bakanlığı verir. Biz istəyirik ki, digər ölkələrdə olduğu kimi Türkiyədə də jurnalist vəsiqələrini müstəqil media məslək quruluşları versin.

Jurnalistlər media-ixtisas QHT-lərinə üzv olmalı, həmin QHT də jurnalistə jurnalist vəsiqəsi verməlidir. Yəni bu vəsiqələri Avropada olduğu kimi media-ixtisas quruluşları etməlidir, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi verməməlidir. Jurnalisti dövlət müəyyən etməməlidir.

Bu gün jurnalist vəsiqəsi almaq asan deyil. Siz jurnalist vəsiqəsi almaq üçün radio, qəzet, televiziya ya da internet xəbər saytında media qanununa görə işləməlisiniz. Əgər lisey məzunusunuzsa 18 ay, universitet məzunusunuzsa 12 ay, universitetin “media-yayım, kommunikasiya, qəzetçilik” fakültəsindən məzunsunuzsa 6 ay gözlədikdən jurnalist vəsiqəsini Kommunikasiya İdarəsindən ala bilərsiniz. Bu, jurnalistlər üçün bir dezavantajdır. Yəni siz bir internet saytında media qanununa görə işləməsəniz də, jurnalist kimi sığortanız ödənməsə də, müstəqil jurnalist kimi işləyə bilərsiniz. Belə olan halda jurnalist vəsiqəsi ala bilmirsiniz. Bununla yanaşı Komunikasiya idarəsinin bir kovotası da var. Yəni tutaq ki, yerli bir qəzet cəmi 5 işçisinə jurnalist vəsiqəsi ala bilir. Amma sizin 10 işçiniz var və siz vəsiqə ala bilmirsiniz. Eyni zamanda sizinlə müstəqil jurnalist əməkdaşlıq edirsə, o da vəsiqə ala bilmir. Yəni belə bir-birinə izdd vəziyyətlər var. Bu problemlərin aradan qaldırılması üçün jurnalist vəsiqələrini müstəqil media-ixtisas quruluşları verməlidir.

- Türkiyədə jurnalist vəsiqəsinə sahib olmağın hansı üstünlükləri var?

- Əvvəllər jurnalist vəsiqəsi ilə tranvaylar pulsuz idi. Sabit telefonlara 50 faiz güzəşt vardı. Təyyarə və avtobus biletlərinə 50 faiz endirim vardı. Çox sayda endirimlər vardı. Bu gün bu üstünlüklərin hamısı aradan qaldırılıb. Bu gün jurnalist vəsiqəsi sadəcə jurnalist olduğunu sübut edən bir sənədə çevrilib. Hesab edirəm ki, əvvəlki güzəştlər yenidən tətbiq edilməlidir...

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »