Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron və Cinpinq İranın nüvə probleminin sülh yolu ilə həlli barədə danışıblar
Makron və Cinpinq İranın nüvə probleminin sülh yolu ilə həlli barədə danışıblar

Çin prezidenti Si Cinpinq və Fransa prezidenti Emmanuel Makron İranın nüvə probleminin diplomatiya və sülh yolu ilə həllini olunmasına tərafdar olduqlarını bildiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

“Çin və Fransa İranın nüvə probleminin siyasi və diplomatik həllini təşviq etmək üçün səy göstərəcəklərini bildiriblər”, - deyə telekanal Si Cinpinqin Fransaya səfərindən sonra yayılan iki ölkə liderlərinin Yaxın Şərqlə bağlı birgə bəyanatına istinad edib.

Bəyanatda vurğulanır ki, Pekin və Paris Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) “çoxtərəfli diplomatiyanın mühüm nəticəsi” hesab edir. "Çin və Fransa eskalasiya riskindən narahatdırlar, həmçinin, onlar Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığın vacibliyini bir daha bəyan edirlər", - deyə məlumatda vurğulanır.

Hər iki tərəf, həmçinin nüvə silahının yayılmamasını təmin edən beynəlxalq mexanizmlərin qorunub saxlanmasını təşviq etməyə və birgə Yaxın Şərq regionunda sülh və sabitliyin qorunmasına kömək etməyə hazır olduqlarını bildiriblər.

BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı həll etmək üçün 2015-ci ildə İranla Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu dəfələrlə bəyan edib. 2021-ci ilin aprelindən Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa Vyanada İran tərəfi ilə "JCPOA"nın orijinal formada bərpası ilə bağlı danışıqlar aparır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »