Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
12 yaşlı qız atasının avtomobilini oğurlayaraq 600 km-dən artı məsafə qət edib
12 yaşlı qız atasının avtomobilini oğurlayaraq 600 km-dən artı məsafə qət edib

ABŞ-ın Florida ştatında 12 yaşlı qız atasının avtomobilini oğurlayaraq özü ilə götürdüyü dostu ilə birlikdə internetdə tanış olduğu şəxslə görüşmək üçün yüzlərlə kilometr yol qət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata ABŞ polisi məlumat verib.

Hadisə keçən həftə 12 və 14 yaşlı qızlar üçün itkin düşmüş şəxslər xəbərdarlığının verilməsi ilə başlayıb. Səlahiyyətlilər qızların internetdə tanış olduqları biri ilə görüşmək üçün gedə biləcəyini müəyyən ediblər. Axtarışlar bu istiqamətdə başladılıb. Lakin qızların virtual dostu olacaq həmin şəxsin kim olduğu və neçə yaşında olduğu bilinmir.

Floridadan olan 12 və 14 yaşlı qızların avtomobillə Alabama ştatına doğru yola düşdükləri dəqiqləşdirilib. Qızlar demək olar ki, 643 mil sürdükdən sonra Alabama ştatında yanacaqdoldurma məntəqəsində televiziyada özlərini gördülər. Onlar itkin düşmüş elan olunduqlarını görəndən sonra aidiyyatı qurumlara təslim olublar. Uşaqlar sağ-salamat ailələrinə təhvil verilib.

Digər tərəfdən, səlahiyyətlilər bunun uşaq alverinin mümkün olub-olmadığını araşdırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »