Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya ABŞ və Avropanın təşəbbüslərinə əsəbi reaksiya verir” -  Simonyan
“Rusiya ABŞ və Avropanın təşəbbüslərinə əsəbi reaksiya verir” -  Simonyan

“İrəvan təhlükəsizliyi mümkün hesab etdiyi yerdə axtarır”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

O, jurnalistlərə açıqlamasında Bakı ilə münasibətlərin tənzimlənməsində Moskvanın rolunu və Rusiyada keçirilməyən görüşlərə münasibətini şərh edib. Onun sözlərinə görə, Moskva digər ölkələrin (ABŞ və Qərbin - red.) Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq təşəbbüslərinə həddən artıq emosional və əsəbi reaksiya verir.

“Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Brüssel regionda təhlükəsizlik sistemini dəyişməyi hədəfləyir və onun Cənubi Qafqazda aktivləşməsinin səbəbi də budur.

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov bildirib ki, Qərb Cənubi Qafqaz regionuna cəlb olunaraq Rusiya Federasiyasının sərhədləri ətrafında mümkün qədər çox yanğın yandırmaq istəyir və erməni həmkarları buna dözməlidirlər.

Hesab edirəm ki, Moskvanın rolu var. Onu kənarda qoymaq olmaz, çünki orada rus sülhməramlıları yerləşdirilib. Amma buna baxmayaraq, mən Moskvadan gələn hərəkətləri və əsəbi reaksiyaları anlaya bilmirəm. Onlar lazım olandan daha emosionaldırlar”,-deyə o, bildirib.

Simonyan hesab edir ki, Rusiya tərəfinin reaksiyası daha sakit və təmkinli olmalıdır.

Onun sözlərinə görə, Moskva vəziyyəti başa düşməlidir və Ermənistanın öz maraqları və təhlükəsizliyi var ki, o, bunu “geosiyasi vəziyyətə, kiminsə istəklərinə və ya qısqanclığına baxmayaraq” təmin etməlidir.

"Onlar Ermənistanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təminatçısı olublar, burada Rusiyanın hərbi bazası var və bizim razılaşmalarımız buna yönəlib. Biz həll yollarını tapacağıq", - deyə Simonyan bildirib.

Eyni zamanda o əlavə edib ki, əgər Rusiya tərəfi İrəvanla Bakı arasındakı münaqişəni başqa yolla həll edə bilsə, Ermənistan bunu ancaq alqışlayar.

Xatırladaq ki, fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinken, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə üçtərəfli görüş keçirilib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »