Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanla sülh sazişində Qarabağ qeyd edilməməlidir”  - Ermənistan parlamentinin sədri
“Azərbaycanla sülh sazişində Qarabağ qeyd edilməməlidir”  - Ermənistan parlamentinin sədri

“Azərbaycanla sülh sazişində Qarabağ problemi qeyd edilməməlidir”.

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı İrəvan və Bakının bir sıra təklifləri üzrə konsensus əldə olunub.

"Mən onları səsləndirə bilmərəm, çünki bu, prosesə mane ola bilər. Amma deyə bilərəm ki, bunlar beynəlxalq səviyyədə qəbul olunmuş prinsiplərdir. Məsələn, bizim bəzi ölkələrlə sülh sazişlərimiz var və onlar orada qeyd olunur. Bunlar ümumi müddəalardır",- deyə spiker bildirib.

Eyni zamanda, Simonyan qeyd edib ki, Ermənistan tərəfi birmənalı olaraq sənədin mətninə Ermənistanın dövlətçiliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhlükə yarada biləcək maddələrin daxil edilməsinin əleyhinədir. Onun sözlərinə görə, sülh müqaviləsində Qarabağ problemi ilə bağlı heç bir müddəa olmamalıdır.

"Biz başa düşməliyik ki, bizim maraqlarımız, Artsax xalqının maraqları müqaviləyə Artsaxla bağlı nəyinsə daxil edilməsini diktə edib. Qoy elə görünməsin ki, biz Artsaxın maraqlarını və onun əhalisinin hüquqlarını qorumaqdan imtina edirik",- deyə o, əlavə edib.

Simonyan Ermənistan tərəfinin təkliflərinə Bakının reaksiyası barədə məlumatı olmadığını da bildirib.

Xatırladaq ki, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan fevralın 16-da hökumətin iclasında bildirib ki, İrəvan öz təkliflərini Azərbaycan tərəfinə çatdıraraq Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. Onun sözlərinə görə, söhbət vahid müqavilə layihəsindən gedir. Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »