Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İkinci Qarabağ müharibəsində Azərbaycan Xankəndini ala bilərdi…"
"İkinci Qarabağ müharibəsində Azərbaycan Xankəndini ala bilərdi…"

“O ki qaldı, bizim dədə-baba torpaqlarımıza 200 il bundan əvvəl köçürülmüş ermənilərin gələcəyinə, mən demişəm ki, onlar da bizim vətəndaşlarımızdır. Onların da canı bu xuntadan qurtarılmalıdır. Əgər özləri canlarını qurtara bilmirlərsə, biz onlara kömək göstərəcəyik”.

Bu barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bildirib. O, qeyd edib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Prezident bu barədə hələ 44 günlük müharibə zamanı, müharibdən sonrakı dövrdə fikirlər səsləndirib.

Azərbaycan 44 günlük müharibədə qələbə çalsa da, Ermənistan daxilində olan qüvvələr və kənar müdaxilələr sayəsində hələki sülh müqaviləsinin imzalanmasına nail olunmayıb. Proseslərə gah Qərb, gah da Rusiya tərəfindən ciddi müdaxilələr edilib. Amma Qarabağın Azərbaycan olduğu reallığını heç nə dəyişə bilməz.

Rusiyanın uğursuz Vardanyan layihəsi, Fransanın danışıqlara müdaxiləsi, göndərilən beynəlxalq qruplar 3 il müddətində Azərbaycan əleyhinə heç nə edə bilməyib. Bir müddət əvvəl isə Rusiyanın bədnam layihəsi Vardanyan gəldiyi şəkildə Qarabğadan qaçdı. Bəs bundan sonra proseslər necə davam edəcək?

Politoloq Məhəmməd ƏsədullAzadə bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ruben Vardanyanın Qarabağdan qaçmasını Azərbaycanın qələbəsi də adlandırmaq olar.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni icmasına vətəndaşlıq verməyə hazır olduğunu rəsmi şəkildə bəyan edib. Amma Xankəndində olan terrorçu-separatçı rejim prosesə mane olur. İkinci Qarabağ müharibəsində Azərbaycan Xankəndini ala bilərdi. Sadəcə olaraq, müəyən obyektiv və subyektiv səbəblərə görə bunu etmədi”,- deyən politoloq bildirir ki, Azərbaycan Xanləndində öz deyure nəzarətini bərpa edəcək. Bundan sonra isə, orada yaşayan ermənilər istəsələr qalıb, Azərbaycan vətəndaşı olaraq yaşaya bilərlər. İstəməsələr də gedə bilərlər.

Politoloqun fikrincə, Azərbaycan Konsitutsiya çərçivəsində ermənilərin bütün yaşama hüquqlarını tanıyır. Və bu çərçivədə prosesi davam etdirir. “Azərbaycanın yürütdüyü siyasət tam düzgün siyasətdir. Azərbaycan bu fikirni rəsmi səviyyədə, beynəlxalq təşkilatlar səviyyəsində bəyan edir. Azərbaycan cinayət etməyən, Azərbaycana qarşı silah qaldırmayan bütün ermənilərə, vətəndaşlıq verməyə hazırdır”-deyə politoloq əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »