Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
21-ci əsrdə yaşanmış ən güclü 5 zəlzələ
21-ci əsrdə yaşanmış ən güclü 5 zəlzələ

Türkiyədə Kahramanmaraşda baş verən zəlzələ böyük təlafat və dağıntılara səbəb oldu. Və zaman keçdikcə dağıntılar altənda qalanların həyatda qalma şansı azalır. Bu isə təlafatın  dəfələrlə çox olacağından xəbər verir.

Kahramanmaraşda  baş verən zəlzələnin  gücü bəzi mənbələrə görə, 7,4, bəzi mənbələrə görə isə 7,8 bal gücündə olub.

Müxtəlif ölkələrdə  zaman-zaman  böyük təlafatlara səbəb olan, güçlü zəlzələlər baş verir. 21-ci əsrdə 5 böyük zəlzələ baş verib. Bunlardan ilki  2004-cü ildə  Hind Okeanında baş verən zəlzələdir.

2000-ci illərin əvvəllərində bir sıra dağıdıcı zəlzələlər olsa da, 2004-cü ilin dekabrında indiyə qədər qeydə alınan üçüncü ən güclü zəlzələ olan 9,3 bal gücündə zəlzələ İndoneziyanın qərb sahillərində baş verdi. Zəlzələ 30 metr hündürlüyündə sunamiyə səbəb olaraq,  Hind okeanı sahillərində icmaları viran qoydu.

Bu 14 ölkədə ümumilikdə 227.898 nəfərin həlak olduğu ən ölümcül təbii fəlakət olub. Zəlzələ o qədər güclü idi ki, hətta Alyaska qədər daha kiçik seysmik hadisələrə səbəb oldu.

Kəşmir zəlzələsi

2005-ci ilin oktyabrında Pakistanın idarə etdiyi Kəşmir bölgəsinin qərb hissəsində və Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgələrinin bir hissəsində 7,6 bal gücündə zəlzələ baş verdi. Təbii fəlakət 86 min insanın həyatına son qoyub, milyonlarla insanı didərgin saldı.

Təbii fəlakət Cənubi Asiyada ən ölümcül fəlakət hesab olunur.

Böyük Siçuan zəlzələsi

2008-ci ilin may ayında Çinin cənub-qərbindəki Siçuan əyalətində güclü zəlzələ baş verdi. 8.0 bal gücündə olan zəlzələ Tayland və Vyetnamda, Pekin və Şanxayda da hiss olundu.

Fəlakət 80 mindən çox insanın həyatına son qoymuşdu.

1976-cı ildən bəri Çində baş verən ən ölümcül zəlzələ idi.

Qərib dənizi fəlakəti 

2010-cu ilin yanvarında Karib dənizindəki ada dövləti Haitidə 7 bal gücündə zəlzələ baş verdi. Zəlzələnin episentri Port-o-Prensin paytaxtından cəmi 25 km aralıda, Leoqan şəhərində idi.

Zəlzələnin yaratdığı afterşoklar təxminən iki həftə davam edib. Təbii fəlakət 3 milyona yaxın insanı əhatə edib, 220 min insanın ölümünə səbəb olub.

Yaponiya zəlzələsi

2011-ci ilin mart ayında Yaponiyadan təxminən 72 km şərqdə, Sakit Okeanda episentri olan dənizaltı meqastorm baş verdi.

9.1 bal gücündə zəlzələ 21-ci əsrin ikinci ən güclü zəlzələsi idi.

Zəlzələ zamanı  19.700-dən çox insan həlak olub.

Zəlzələnin yaratdığı sunami 1986-cı ildə Çernobıldan sonra ən pis nüvə fəlakəti olaraq xarakterizə edilən Fukusima AES-də fəlakətə səbəb oldu.

Dünya Bankının məlumatına görə, hadisə 235 milyard dollar iqtisadi zərər vurub.

Bu, tarixdə ən bahalı fəlakət idi.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »