Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niderland sanksiyalara baxmayaraq Rusiyaya milyonlarla mikroçip satıb
Niderland sanksiyalara baxmayaraq Rusiyaya milyonlarla mikroçip satıb

Rusiya sanksiyalara baxmayaraq, Niderlanddan olan istehsalçılardan mikroçiplər almağa davam edir.

Bizimyol.info xəbər verir ki, bunu "NOS"un apardığı jurnalist araşdırmasının nəticələri sübut edir.

"Sərt sanksiyalara baxmayaraq, Niderland şirkətləri hələ də Rusiyanı mikroçiplərlə təmin edir. Söhbət Ukraynanın işğalının əvvəlindən dekabr da daxil olmaqla milyonlarla mikroçipdən gedir", - deyə qəzet bildirib.

Açıq ticarət məlumatlarını və məxfi sənədləri öyrəndikdən, habelə bu əməliyyatlarda iştirak edən şirkətlərin nümayəndələri və ekspertlərlə söhbət etdikdən sonra jurnalistlər çatdırılmaların necə baş verdiyini öyrəniblər.

Sxem çipləri Niderlanddan alıb sonra Rusiyaya satan kiçik Çin şirkətləri qrupu vasitəsilə həyata keçirilir.

"Sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, son aylarda ixracda azalma müşahidə olunmayıb",- deyə jurnalistlər bildirirlər.

Rusiyanın iki böyük Niderland istehsalçısı olan "NXP" və "Nexperia"-dan çiplər aldığı deyilir. “NXP çipləri bu yaxınlarda Ukraynada döyüş meydanında tapılıb", - deyə qəzet yazır.

İstehsalçı şirkətlərin nümayəndələri müştərilərini diqqətlə yoxladıqlarını və məhsullarının Rusiyan;n əlinə necə keçdiyini başa düşmədiklərini əminliklə qeyd ediblər.

Avropa İttifaqı ərəfəsində Rusiyaya qarşı əvvəllər tətbiq etdiyi sanksiyaların müddətini uzadıb. Söhbət maliyyə sektorunda və enerji sektorunda iqtisadi məhdudiyyətlərdən gedir. Lakin təcrübədən göründüyü kimi, bu sanksiyalara əməl olunmasının təmin edilməsində problemlər var. Məsələn, Avropa şirkətləri sanksiyalardakı boşluqdan istifadə edərək Rusiyadan neft alma>a davam edir.

ABŞ-ın iddia edir ki, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri də sanksiyalardan yan keçməyə Rusiyaya bəzi köməklik göstərməyə davam edir. Bununla belə, Ukrayna həm rəsmi, həm də ictimai rəy səviyyəsində Türkiyəni özünə dost olaraq görür və hər hansı narazılıq ifadə etmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »