Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistandan geriyə addımlar müşahidə edirik və ondan səmimiyyət gözləyirik" - Çavuşoğlu
"Ermənistandan geriyə addımlar müşahidə edirik və ondan səmimiyyət gözləyirik" - Çavuşoğlu

“Ankara İrəvanla normallaşma prosesində Ermənistan tərəfdən “təkcə sözdə deyil, həm də əməldə” səmimiyyət görmək istəyir”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da həmvətənləri ilə görüşündə deyib.

"Biz sülhə doğru səmimi addımların atılacağını gözləyirik. Təəssüf ki, bu yaxınlarda geriyə addımlar gördük. Bu gün (ABŞ dövlət katibi Entoni) Blinken dedi ki, (Ermənistanın baş naziri) Nikol Paşinyan səmimidir, lakin biz bunu yalnız sözdə görmək istəmirik, həm də əməldə görmək istəyirik”, - deyə “Yeni Akit” Çavuşoğlunun sözlərindən sitat gətirib.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini xatırladan Çavuşoğlu bildirib ki, Ankara və Bakı normallaşmaya səmimi sadiqdir. "Mən bunu deyə bilərəm, bunu qardaş, əziz Azərbaycan adından rahatlıqla deyə bilərəm. Türkiyə və Azərbaycan normallaşmaya səmimiyyətlə sadiqdirlər",- deyə o, qeyd edib.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Türkiyə normallaşma danışıqları üçün xüsusi nümayəndələrini təyin ediblər. Ruben Rubinyan və Serdar Kılıç il ərzində bir neçə görüş keçirib. Bundan əlavə, oktyabrda Ermənistanın baş naziri və Türkiyə prezidenti ilk dəfə Praqada görüşüblər. İndiyədək tərəflər yaxın vaxtlarda hava yük daşımalarının qurulması, habelə üçüncü ölkə vətəndaşları üçün quru əlaqəsinin açılması barədə razılığa gəliblər.

Eyni zamanda, Türkiyə rəsmiləri hər dəfə bəyan edirlər ki, İrəvanla danışıqlar prosesi Bakı ilə sıx əlaqələndirilir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »