Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin Hitler kimi davranacaq”: Nazir Rusiyadan gözlənilən təhlükə barədə xəbərdarlıq edib
“Putin Hitler kimi davranacaq”: Nazir Rusiyadan gözlənilən təhlükə barədə xəbərdarlıq edib

Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski hesab edir ki, Ukraynada qələbə qazanacağı təqdirdə rus diktatoru Vladimir Putin faşist Almaniyasının lideri Adolf Hitlerin bir vaxtlar etdiyini - fəth müharibəsini davam etdirmək üçün ukraynalılardan və onların sənayesindən istifadə istifadə edəcək.

Bizimyol.info xəbər verir ki, nazir Varşavada rəsmi "Bild"ə müsahibəsində: "Polşalıların seçimi var - ya məğlub olan rus ordusu Ukrayna torpaqlarından kənarda olsun, ya da qalib ruslar Polşa ilə sərhəddə olsun", - deyə fikirlərini bölüşüb.

“...Sonra da (işğalçılar ukraynalıları məğlub etsə) Putin də Hitlerin Çexoslovakiyaya qarşı etdiyi kimi edəcək: Ukraynada sənayeni və insanları götürüb müharibəni davam etdirmək üçün səfərbər edəcək”, - deyə nazir xəbərdarlıq edib. Rəsmi vurğulayıb ki, Ukraynada diktatoru dayandırmaq daha yaxşıdır. "Rusiya 500 illik tariximizdə dəfələrlə Polşaya hücum edib. Ona görə də biz heç də təəccüblənməyəcəyik...", - deyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Sikorski qeyd edib ki, indi ukraynalılar təkbaşına döyüşmürlər. Onun fikrincə, Rusiya Federasiyası məğlub olacaq. “Rusiya uduzacaq, çünki biz - Qərb Rusiyadan qat-qat güclüyük...”, - deyə o, proqnozlaşdırıb.

Prezident Vladimir Zelenski ukraynalılar və ruslar arasında tammiqyaslı qarşıdurmanın nə vaxt bitəcəyini heç kimin dəqiq bilmədiyini, lakin o, Ukrayna vətəndaşlarının 2024-cü il ərzində sağ qalmasının vacib olduğunu vurğulayıb.

London Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) analitiki Metyu Savil Rusiya Federasiyası ilə müharibənin tezliklə bitəcəyinə inanmır. Onun proqnozuna görə, gələn il də ukraynalılar üçün çətin olacaq. Ekspertin fikrincə, ölkə daha çox torpaq itirə bilər. 2023-cü ilin sonunda "The Economist" ruslara qarşı müharibənin daha beş il davam edə biləcəyini yazıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »