Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2023-ə doğru: Dovşan ili nə vəd edir...
2023-ə doğru: Dovşan ili nə vəd edir...

Çin təqviminə görə, 2023-cü il Su Dovşanı ilidir. Belə ki, Dovşan ili 2023-cü ilin 22 yanvarından başlayıb, 2024-cü ilin 9 fevral tarixinə qədər davam edir.

Astroloqlara görə, Dovşan ilində doğulan insanlar elə dovşan kimi olurlar. Onların ayıq, hazırcavab, çevik və bacarıqlı olduqlarına inanılır. Dovşanların uyğunlaşdığı illər qoyun, it və donuz illəridir.

2023-cü ilin uğurlu və məhsuldar il olacağı proqnozlaşdırılır.

Çin astrologiyasına görə, dovşan ilində doğulanlar mülayim, sakit, zərif və ayıq olması ilə yanaşı, cəld, bacarıqlı, xeyirxah, səbirli və çox məsuliyyətli, bəzən öz fikirlərini başqalarına açıqlamaq istəməyən və reallıqdan qaçmağa meylli olurlar. Ətrafındakılara həmişə sadiqdir. Dovşan ilində doğulan kişilər insanlara həmişə mehriban münasibət bəsləyir, güvənilən və mehribanlıq hiss etdirən incə təbəssümə sahib olurlar.

Çətin problemlərlə qarşılaşdıqda heç vaxt təslim olmur, əksinə, həll yollarını tapmaq üçün səylərini davam etdirirlər. Bu isə o deməkdir ki, onlar sonda hamının həsəd aparacağı uğur qazana bilirlər.

Təqvimdə hər 12 ildən bir il təkrarlanır.

1939, 1951, 1963, 1975, 1987,1999, 2011, 2023 Dovşan illəridir.  Dovşan ilində doğulanların uğurlu rəqəmləri 6, 4 və 3-dür. Onlar üçün uğurlu rənglər: bənövşəyi, mavi, çəhrayı və qırmızıdır.

Şanslı Tarixlər: Hər ayın 29, 27 və 26-dır.

Uğurlu çiçəkləri: yasəmən və Banana Lily.

Şanslı Aylar: 11, 8, 4 və 1-ci aylar.

Uğursuz rəqəmləri : 8, 7 və 1

Uğursuz Rəngləri: ağ və tünd qəhvəyi.

Astroloqlara görə, son iki il dovşan ilində doğulanlar üçün ağır sınaqlarla dolu olan il olub. 2 illik mübarizə və məşəqqətdən sonra nəhayət, hər şey yoluna düşəcək.

Dovşan ilində doğulanlar, həyatınız müsbətə doğru dəyişəcək. Düzgün istiqamətdə hərəkət etməyə davam etsəniz, əldə edəcəyiniz uğurlara heyran qalacaqsınız.

2023-cü ilin ilk rübü sevgi həyatınız üçün çox fərqli olacaq.

Bu il ulduzlar karyera baxımından sizin xeyrinizə uyğunlaşır. Karyeranızda yüksəliş tendensiyası müşahidə olunacaq. Karyeranızı və biznesinizi inkişaf etdirməyə kömək edəcək güclü insanlarla gözəl əlaqələr qura biləcəksiniz.

2023-cü ilsə öküz, pələng və ilan ilində doğulanlar üçün çox uğurlu olacaq.

İt, at, keçi və donuz ilində doğulanlar üçün də il mülayim keçəcək.

Xoruz və meymun ilində doğulanlar isə irəliləmək üçün xüsusilə çox çalışmalı olacaqlar.

Mütəxəssislərin fikrincə, 2023-cü il doğum üçün yaxşı ildir. Bu Su Dovşanı ilidir. Çin astrologiyasında su uzunömürlülük və sülh deməkdir. Dovşan isə sayıqlıq, ağıl, tədbirlilik, çeviklik və özünü qoruma simvoludur.

Su Dovşanı ilində doğulan insanların həyatları boyu şanslı və dinc ruhlu olacağı proqnozlaşdırılır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »