Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya neftin qiymət həddinə üç cavab hazırlayır - “Vedomosti”
Rusiya neftin qiymət həddinə üç cavab hazırlayır - “Vedomosti”

Rusiya Federasiyasının prezident administrasiyası və hökuməti G7 ölkələri və Aİ-nin Rusiya neftinin idxalına qiymət həddi tətbiq etməsinə cavab mexanizminin üç variantını müzakirə edir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Vedomosti” Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

Birinci variant kimi, hakimiyyət məhdudiyyəti dəstəkləyən dövlətlərə neft satışına tam qadağa qoyulmasını nəzərdən keçirir, o cümlədən xammalı Rusiyadan birbaşa deyil, vasitəçi ölkələr və ya hətta onların zənciri vasitəsilə alırlarsa. Nəşrin məlumatına görə, formal olaraq neytral ölkə Rusiyadan neft alır, əslində isə son alıcı kimi G7 üzvü olan ölkə olduğu müəyyən edilirsə, həmin andan tədarük bloklanacaq.

İkinci variant, alıcının hansı ölkədən olmasından asılı olmayaraq, qiymətlərin yuxarı həddi şərtini özündə əks etdirən müqavilələr üzrə ixracın qadağan edilməsini nəzərdə tutur.

Üçüncüsü, indikativ qiymətin tətbiqi, yəni Rusiyanın Urals neftinin Brent markalı referans qiymətinə maksimum endiriminin müəyyən edilməsi, endirimin artırılması ilə satışı qadağan ediləcək. Qəzetin mənbəsi bildirib ki, bu variant ən az ehtimaldır.

Nəşrin digər mənbəsi qeyd edib ki, bu variantlardan heç biri təsdiqlənməsə də, başqa alternativlər və ya onların kombinasiyası mümkündür. Onun sözlərinə görə, dekabrın 6-da bu məsələ prezidentlə, o cümlədən neft şirkətlərinin iştirakı ilə keçiriləcək görüşdə müzakirə edilməli idi. Hökumət və şirkət səlahiyyətliləri bununla bağlı sorğulara cavab verməyiblər.

Daha əvvəl baş nazirin müavini Aleksandr Novak bildirmişdi ki, Moskva ilin sonuna kimi Rusiya şirkətlərinə qiymət həddi daxilində olan ölkələrlə neft ticarətini qadağan edəcək mexanizm yaratmağı və işə salmağı planlaşdırır.

G7 ölkələri, Aİ və Avstraliya dekabrın 5-dən öz tabeliyində olan gəmilər və ərazilər üçün dəniz yolu ilə tədarük edilən Rusiya neftinin barelinə görə 60 dollar ən yuxarı qiymət həddi tətbiq etməyə razılaşıblar. Bundan əlavə, 2023-cü il fevralın 5-dən neft məhsulları üçün marjinal qiymətlər qüvvəyə minəcək, onların parametrləri daha sonra müəyyən ediləcək.

Rusiya neftinin Aİ ölkələrinə tədarükünə qoyulan embarqo ilə bağlı qərar qüvvədə qaldı və dekabrın 5-də də qüvvəyə minib, lakin bu, hələ ki, “Drujba” boru kəməri ilə Macarıstan, Çexiya və Slovakiyaya yanacaq tədarükünə təsir göstərməyəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »