Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya bu məsələlərə tamamilə ikili standartlarla yanaşır"
"Rusiya bu məsələlərə tamamilə ikili standartlarla yanaşır"

“Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır”. Bu sözləri ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa təhlükəsizliyi məsələlərinə dair mətbuat konfransında deyib. O, bildirib ki, Ermənistan rəhbərliyi Qarabağdakı ermənilərin statusundan daha çox onların hüquqlarından danışır. Lavrov qeyd edib ki, Azərbaycan Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır. Rusiya Xarici İşlər Naziri həmçinin əlavə edib ki, Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi status məsələsini həll edir. Çünki MDB-nin yaradılması haqqında Almatı Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni dövlətlər arasında sərhədlər keçmiş SSRİ-nin müttəfiq respublikaları arasındakı sərhədlərə əsaslanacaq. Həmin sərhədlərə görə isə, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in bir hissəsidir.

Lavrov Rusiya Xarici İşlər Naziri kimi rəsmi mövqe ortaya qoysa da, 2020-ci ildə Qarabağ ərazisinə təhkim edilmiş sülhməramlıların davranışı əksini deyir. Sülhməramlıların nəzarəti altında və dəstəyi ilə Ermınistana silah-sursat və digər yardımların daşınması, Azərbaycan yer adlarının erməni adları ilə təqdim edilməsi və s. bu kimi hallar Rusiyanın da ikiüzlü siyasət yeritdiyini sübut edir.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu xüsusda açıqlama verməsi Rusiyanın rəsmi mövqeyi deyil. Rusiyanın bu istiqamətdə rəsmi mövqeyi imza atdığı sənədlərə əsaslanır. Bu da Azərbaycan ərazi bütövlüyünün tanınmasıdır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Rusiya bu məsələlərə tamamilə ikili standartlarla yanaşır. ABŞ-ın bu kontekstdə Ermənistanla Azərbaycan arasında vasitəçilikdə aktiv olması, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsi məhz müəyyən dərəcədə Lavrovun əli ilə Azərbaycana “ilgək” atırlar. Bunlar hesab edirlər ki, Azərbaycan Rusiyanın vasitəçiliyini qəbul etməlidir”,- deyən politoloq bildirib ki, Rusiya praqmatik reallıqlara uyğun olaraq verdiyi açıqlama ilə əməlində, Ermənistan-Azərbaycan arasında bu səpkidə danışıqlarda vasitəçilikdə maraqlıdırlarsa, əlbəttə ki, sülh müqaviləsi bağlana bilməz. Digər vasitəçilərə ehtiyac qalmaz. Rusiya həmişə sabotaj ilə məşğul olub və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına qarşı olub.

“Rusiyanın mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağa muxtariyyət verilsin, orada Rusiya sülhməramlıları saxlanılsın. Lavrovun bu xüsusda verməsi təəccüb doğurur. Lavrovdan gözləmədiyimiz obyektivliyi görürük. Əlbəttə ki, regionda dəyişən siyasi şərtlərin Azərbaycan lehinə formalaşmasından irəli gəlir”,- deyən Əsədullazadə Moskvanın bu məsələdə praktiki olaraq, Azərbaycanı dəstəkləyəcəyini düşünmür.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »