Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişilər qadınlardan daha emosionaldır: "Onlarla bağlı stereotip doğru deyil"
Kişilər qadınlardan daha emosionaldır: "Onlarla bağlı stereotip doğru deyil"

Yeni araşdırmalar kişilərin münasibətlərdə qadınlardan daha çox emosional olduğunu sübut edib.  İnternetdə toplanan məlumatların təhlili kişilərin bu həssas məsələdə “soyuqqanlı” olmadığını təsdiqləyib.

Belə kişilər ayrılıq, boşanma zamanı daha çox emosional olur və daha çox acı yaşayırlar. Hər halda  araşdırmalar bunu sübut edir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya görə, münasibətdə olan insanlar ən çox ünsiyyət problemləri ilə üzləşirlər. Lancaster Universitetinin tədqiqatçılarının rəhbərlik etdiyi beynəlxalq psixoloqlar qrupu münasibətlərdə yaranan  problemləri araşdırıb.

Elm adamları onlayn forumda münasibətləri ilə bağlı problemlər barədə məlumat yerləşdirən 184 000-dən çox insanın demoqrafik və psixoloji xüsusiyyətlərini təhlil ediblər. Tədqiqatın aparıcı müəllifi Lancaster Universitetindən Ryan Boydun sözlərinə görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki,  kişilər münasibətlərdə qadınlardan daha çox emosionaldır.

Belə ki, aparılan araşdırma zamanı müəyəyn edilib ki, insanlar problemləri barədə yazarkən daha çox “ürək ağrısı” barədə yazıblar. Onlar daha çox peşmanlıq, ayrılıq,  ağlamaq və ürək bulanması kimi sözlərdən istifadə ediblər.

Alimlərin gözləntilərinin əksinə olaraq, araşdırmanın nəticələri göstərib ki, kişilər qadınlardan daha çox “ürək qırılması”nı müzakirə edirlər.

“Bu məlumatlar göstərir ki, kişilərin münasibətlərdə daha az emosional olması stereotipi doğru  deyil.

Psixoloqların fikrincə, tanışlıq üçün tanışlıq saytlarında söhbətə başlamaq ən yaxşı yol hesab edilib. Alimlər onu da müəyyən edib ki, qucaqlaşma stresi əhəmiyyətli dərəcədə azaldır.

“Toxunma stressdən qoruya bilir. Araşdırmalar sübut edir ki,  qucaqlaşma və toxunma stress əlamətlərini azalda bilər. Qucaqlaşma qan təzyiqini aşağı salır, iltihabı azaldır və hətta infeksiya riskini azaldır”,- deyə tədqiqat müəllifləri bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »