Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bədənimizin enerji kimi istifadə etdiyi molekul: kreatin nədir və miqdarı nə qədər olmalıdır...
Bədənimizin enerji kimi istifadə etdiyi molekul: kreatin nədir və miqdarı nə qədər olmalıdır...

Sağlam olmaq üçün bədənimizdəki bəzi dəyərlər yerində olmalıdır. Xüsusilə, kreatin əzələlərimizdə enerji mənbəyi kimi çıxış edir. Əzələ hüceyrələrimizdə baş verən bəzi dəyişikliklər yüksək və aşağı kreatinin nəticəsində yaranır. Kreatin qan axını ilə böyrəklərə daşınır. Daha sonra böyrəklər tərəfindən süzülmüş kreatin sidiklə xaric olur.

Kreatin nədir?

Kreatin, bədəndəki əzələlərdə enerji mənbəyi kimi istifadə olunur. Kişilərin skelet kütləsi daha böyük olduğundan, onların orqanizmindəki kreatin səviyyəsi qadınlardan daha yüksəkdir. Qısacası, kreatin, əzələ mübadiləsində əmələ gələn kimyəvi tullantı molekulu kimi tanınır. Bu molekul əzələlərdə enerji istehsalı üçün çox mühümdür.

Orqanizmimizdə kreatinin miqdarı nə qədər olmalıdır?

Qanda kreatinin səviyyəsinə ciddi diqqət yetirilməlidir. Normal bir bədəndə dövr edən qanda kreatinin səviyyəsinin yetkin kişilərdə hər desilitr (dL) üçün 0,6-1,2 milliqram olması gözlənilir. Yetkin qadınlarda isə bu nisbət hər desilitr üçün 0,5 ilə 1,1 milliqram arasındadır.

Yüksək və aşağı kreatin miqdarı bədənimizdə özünü necə göstərə bilər?

Yüksək və ya aşağı kreatinin səviyyələri müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə qanda kreatinin səviyyəsi normal həddi keçən zaman böyrəklərdə ciddi problem yarada bilir. Qanda kreatin səviyyəsinin yüksəlməsi, həmçinin böyrək çatışmazlığı halında da özünü göstərə bilər. Kreatinin orqanizmimizdəki səviyyəsi nə qədər yüksək olarsa, böyrək funksiyası da bir o qədər pozulacaq. Bu zaman insanda dəri quruluğu, yüksək təzyiq, halsızlıq və iştahsızlıq meydana gələ bilər. Normal qanda kreatin səviyyəsinin aşağı olması, klinik əhəmiyyət kəsb etmir. Bununla belə, aşağı miqdarda olan kreatin üçün əsas şərtlər hərtərəfli araşdırılmalıdır.

Yüksək kreatinin əlamətləri hansılardır?

Qanda kreatin səviyyəsinin yüksək olmasının bəzi əlamətləri var: bulantı və qusma baş verə bilər. Eyni zamanda iştahsızlıq, halsızlıq və yorğunluq yüksək kreatinin əlamətləri arasındadır. Bədənində kreatin səviyyəsi yüksək olan insanların əllərində və ayaqlarında şişlik, qabarma müşahidə oluna bilər. Bundan əlavə, beynin qavrama funksiyasında müəyyən dəyişikliklər yaşanarkən, sidik miqdarında artım və ya azalma ola bilər.

Kreatinin azalmasına hansı amillər səbəb olur?

Bəzi hallarda bədənimizdə kreatin molekulunun azalması da baş verə bilər. Kreatin səviyyəsinin aşağı olmasının səbəblərindən biri də həddindən artıq su itkisidir. Xüsusilə hamiləlik dövründə bəzi dərmanların istifadəsi də buna səbəb ola bilir. Əzələ xəstəlikləri və ya qaraciyər xəstəlikləri də bədənimizdə bu molekulun azalmasına təsir edən mühüm amillərdəndir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »