Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həkimlər distribütorlarla sazişə girirdilər..."
"Həkimlər distribütorlarla sazişə girirdilər..."

“Bioloji aktiv qida əlavələri dərman vasitəsi deyil. Lakin təəssüf ki, bəzi əczaxanalarda bunlar dərman vasitəsi kimi satılır”. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında danışıb. Onun sözlərinə görə, 2023-cü ildən bioloji aktiv qida əlavələrini resept kimi yazan həkimlər və onun satışını həyata keçirən şəxslər inzibati qaydada cəzalandırılacaq.

  • Bioloji aktiv maddələr nədir?

“Azad İstelakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bioloji aktiv əlavələr bəzən insanların sağlamlığında öz mənfi izlərini qoyur.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Məsələn, illər boyu ölkədə adı çox hallanan bir şirkət fəaliyyət göstərib. İlk Azərbaycana gələn bioloji aktiv əlavələri insanlara paylayan, satan bir şirkət idi. Şirkətdən bizə şikayətlər daxil olurdu” - deyən Eyyub Hüseynov bildiirb ki, bioloji aktiv əlavələr sanki, klassik yaxud xalq təbabətinə əsaslanan bir müalicə üsuludur.

Ekspertin fikrincə, Azərbaycan qanunvericiliyində dəyişikliyin olması çox əhəmiyyətli bir haldır.

“Daha həkimlər bioloji aktiv əlavələrin təsiri altından çıxacaqlar. Burda insanların hüquqlarının pozulması var idi. Həkimlərlə bioloji aktiv əlavələr distribütorları sazişə girirdilər. Onlara müəyyən məbləğdə pul verirdilər və reseptə bunu yazırdılar” - deyən E. Hüseynov qeyd edib ki, bioloji aktiv əlavələrin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülməsi müsbət haldır.

Hüseynovun sözlərinə görə, bu sahədə ən çox aldadılan idmancılar olub.

“İdmançılar bioloji aktiv əlavədən qeyri-rasional istifadə etməklə öz sağlamlıqlarında mənfi nəticə əldə edirlər. Eləcə də bir çox insanlar akademik tibbə inanmır və keçir o cür bioloji aktiv əlavələrdən, qida əlavələrindən istifadə etməyə. Bu əlavələrin Azərbaycana gətirilməsinə icazə verən xüsusi dövlət orqanları var” - deyə ekspert əlavə edib.

Mütəxəssis bildirib ki, son 3 ildə bioloji aktiv maddələrin satışı çox dəbə düşüb. Bu məhsulları Azərbaycana gətirib satmaq istəyən çoxsaylı insan ortaya çıxıb.

“Belə bir tələbin artdığı şəraitdə əlbəttə, qiymət qalxmır və keyfiyyətin aşağı düşməsi məsələsi də baş verir. Mən əhaliyə üz tutub qeyd edirəm ki, akademik tibbə inansınlar. Tibbin bütün resursları var ki, bioloji aktiv əlavələri dərmana çevirsinlər və onu biznesə çevirsinlər, onu həkim reseptinə gətirib çıxarsınlar. Bioloji aktiv əlavələrin hamısı heç də lazımi tələblərə uyğun deyil. Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi agentliyi bu işə nəzarət edir. Qida Təhlükəsizliyi agentliyinin laboratoriyaları mükəmməldirsə, onda biz gətirilən mallara belə müəyyən qədər inana bilərik. Ümumilikdə isə, istehlakçı hüquqlarını qoruyan bir təşkilatın sədri olaraq mən bioloji aktiv əlavələri tövsiyə etmirəm” - deyə Eyyub Hüseynov əlavə edib.

Hüquqşünas Elçin Ağayev qeyd edib ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa görə, bioloji aktiv qida əlavələrinin həkim reseptinə yazılması qadağandır. Onun sözlərinə görə, bioloji fəallığa malik qida əlavələrinin üzərində və təlimatlarında "dərman vasitəsi deyil" sözü yazılmalıdır.

Hüquqşünas bildirib ki, İnzibati Xətalar Məcəlləsinə görə, bioloji aktiv qida əlavələrinin resept kimi yazılmasına görə, həkimlər 50-100 manata qədər, həmin həkimlərin işlədiyi tibb müəssisələri isə 150-200 manata qədər cərimə edilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »