Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Depressiyanı və xərçəng riskini azaldır, arıqlamağa kömək edir... -  Kafeinin orqanizmimizə faydaları
Depressiyanı və xərçəng riskini azaldır, arıqlamağa kömək edir... -  Kafeinin orqanizmimizə faydaları
Özü ilə birlikdə yuxusuzluq problemi gətirsə də, kafeinli içkilər bir çoxumuzun həyatında əvəzolunmaz yer tutur. Ağız dadına görə dəyişən müxtəlif çeşidli kofe növləri, xüsusilə şəkərli və şəkərsiz kofelər tərkibində olan kafein səbəbindən insan orqanizmini, xüsusilə də sinir sistemini daim oyaq saxlamağa köməklik edir. Bu səbəbdən də axşamüstü bol miqdarda kofe içən insanlarda yuxusuzluq problemi baş qaldırır və onlar gec saatlaradək oyaq qalmalı olurlar. Ancaq kafeinin yuxusuzluq problemi yaratmasından daha çox, insan bədəninə faydalarının olduğu məlum olub, necə deyərlər, xeyri zərərindən çoxdur.

Həkimlər kafeinli içkiləri nevroloji xəstəlikləri olan insanlara məsləhət görməsə də, sağlamlıq vəziyyəti əlverişli olan, xüsusilə həyatında idmana yer verən insanlar üçün kofe əvəzolunmaz içkilər arasında gəlir. Daha çox şəkərsiz kofenin insan orqanizminə faydalı olduğu, beyin hüceyrələrini aktiv saxladığı və qəbzlik problemini aradan qaldırdığı aparılan araşdırmalar nəticəsində məlum olub. Bir çoxumuzun “kofe”, ya da “qəhvə” adlandırdığı bu kofeinli içkinin faydaları barədə oxucularımızı məlumatlandırmaq istədik.

Həddindən artıq qəbul edildikdə mədə narahatlığına, yüksək təzyiqə və ya ürək xəstəliklərinə səbəb ola bilən qəhvə son vaxtlara qədər çox qəbul edilməməsi ilə bağlı xəbərdarlıq edilən içkilər sırasına daxil edilib. Bununla belə, son illərdə aparılan tədqiqatlar göstərir ki, qəhvə orta miqdarda içildiyi zaman insan orqanizminə kifayət qədər xeyri var.

Qadınlarda depressiya riskini azaldır

Məlum olub ki, gündə bir və ya iki fincan kofeinli qəhvə içən qadınların depressiyaya düşmə ehtimalı heç vaxt içməyənlərə nisbətən daha azdır. Tədqiqatlar göstərir ki, gündə 2-3 fincan qəhvə içən qadınların depressiyaya düşmə ehtimalı 15 faiz, 4 və ya daha çox qəhvə içən qadınlar isə 20 faiz daha azdır.

Beyni qoruyur

Son araşdırmalar qəhvənin tərkibində hələ müəyyən edilməmiş bir maddənin “Alzheimer” xəstəliyinin qarşısını aldığını ortaya qoyub. Gündə 4 və ya 5 stəkan qəhvə tükətmək, xəstəliyin əmələ gəlməsində rol oynayan beta amiloidin yığılmasını azaltdığı və beləliklə də bizi “Alzheimer”dən qoruduğu təxmin edilir.

O, həmçinin beyin hüceyrəsi əlaqələrinin qurulmasında və yeni beyin neyronlarının yaradılmasında rol oynayır. Eyni zamanda qəhvə diqqətimizi və konsentrasiya qabiliyyətimizi artırır. Şəkərli qəhvə içiriksə, kofein və qlükozanı birlikdə qəbul etdiyimiz üçün beynimizin müəyyən hissələri aktivləşərək beynimizi daha da aktivləşdirir. Amma acqarına qəhvə içsək, bu təsirlərin əksini görə bilərik.

Prostat xərçəngi riskini azaldır

Gündə altı fincan qəhvə prostat xərçənginin inkişaf riskini 60 faizə qədər azaldır. Tədqiqatçıların fikrincə, qəhvə prostat xərçənginin digər növlərində riski 20 faiz azalda bilir

Ən çox görülən dəri xərçənginin qarşısını alır

Kofenin dünyada ən çox rast gəlinən dəri xərçəngi növü olan bazal hüceyrəli karsinomaya qarşı profilaktik təsir göstərdiyi iddia edilir. Araşdırmalar göstərir ki, gündə 3 və daha çox kofeinli qəhvə içən qadınlarda bu xəstəliyə tutulma riski 20 faiz, kişilərdə isə 9 faiz azalır. Kofeinsiz qəhvə eyni qoruyucu təsirə malik deyil.

2-ci tip diabetdən qoruyur

Mütəxəssislər qəhvə qəbulu ilə 2-ci tip diabet arasında əlaqə yaradır və qəhvənin bu xəstəliyə tutulma riskini də azaldığını bildirirlər. 450.000-dən çox insan üzərində aparılan araşdırmalara görə, gündə ərzinə içilən hər əlavə qəhvə 2-ci tip diabet riskini 7 faiz azaldır.

Yaddaşı gücləndirir

Qəhvədəki stimulantlar təkcə əhvalımızı dəyişdirmir, həm də yaradıcılığımızı və qısamüddətli yaddaşımızı yaxşılaşdırır. Qəhvənin faydası danılmazdır, çünki öyrəndiyimiz bütün məlumatlar əvvəlcə qısamüddətli yaddaşımızda saxlanılır və təxminən bir saatdan sonra uzunmüddətli olaraq yaddaşımıza ötürülür.

Arıqlamağa kömək edir

Bədənimizdəki leptin hormonunun səviyyəsi aşağı olduqda, bədənimiz yağ yığmağa başlayır ki, bu da çəki artımına səbəb olur. Ancaq qəhvə bədəninizdə hormon səviyyəsini yüksəldir. Beləliklə deyə bilərik ki, qəhvəyə aludə olan insanların kökəlmə prosesinin uzun çəkməsinin və etdikləri məşqlərin tez nəticə verməsinin səbəbi də budur.

Qəbizliyin qarşısını alır

Kofe, həmçinin, sidikqovucu xüsusiyyətə malikdir və qəbizliyin də qarşısını alır, bağırsaqları işlədir və tez-tez sidiyə getməyi təmin edir.

Yeri gəlmişkən, südlü və şəkərli qəhvə içməyə üstünlük verirsinizsə, qəhvədən faydalanmağa çalışarkən süd və şəkər kimi qatqıların sağlamlığınıza təsirini nəzərə almağı unutmayın.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »