Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, İrana qarşı sanksiyaların kəskinləşməsinə səbəb olacaq"
"Bu, İrana qarşı sanksiyaların kəskinləşməsinə səbəb olacaq"

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Xorvatiyanın xarici işlər naziri Gerliç Rodman arasında baş tutan telefon danışığında telefon danışığı baş tutub. İran XİN rəhbəri Ukraynadakı son hadisələrə və bu ölkənin bəzi rəsmilərinin illər əvvəl Rusiyaya təhvil verilmiş İran pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya qarşı müharibədə istifadə edildiyinə dair iddialarına toxunaraq deyib ki, "biz müharibəyə və silahlanmaya qəti şəkildə qarşıyıq".

“Biz Ukrayna hakimiyyətinə demişik ki, Ukrayna müharibəsində İran pilotsuz təyyarələrinin istifadəsi ilə bağlı istənilən sənədi təqdim etsinlər” - deyən Rəisi həmçinin bildirib ki, İran Ukraynaya qarşı müharibəni dəstəkləməyib və Ukraynaya qarşı müharibədə istifadə üçün İran silahlarından heç birini Rusiyaya verməyib. Reallıq isə, tam fərqlidir. Bu gün Ukrayna Rusiya tərəfindən İranın istehsal etdiyi “Şahed” PUA-ları ilə hücuma məruz qalır.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün İranın Rusiya ilə müdafoiə sənayesi sahəsində əməkdaşlığı bilinən məsələlərədn biridir. İran istehsalı olan “Şahed” pilotsuz uçuş aparatlarından Rusiya Ukraynada həyata keçirdiyi əməliyyatlarda istifadə edir. Artıq Ukraynanın hava hücumundan müdafiə sistemləri bir neçə belə İran dronlarını zərərsizləşdirib. Həmçinin bəzi patlamamış, ələ keçirilən İran PUA-ları NATO tədqiqatçıları tərəfindən araşdırlmaq üçün Qərbə göndərilib.

Tural İsmayılov Tural İsmayılov

Ekspert hesab edir ki, Rusiya ilə İran arasında müdafiə sənayesi məhsullarının icracı məsələsi ilə bağlı uzun illərdir ki, müzakirələr aparılır. Sonuncu Rusiya-Ukrayna müharibəsi İran PUA-larını Rusiyaya ixrac edilməsi məsələsini daha da aktuallaşdırdı. Həmçinin İranın müdafiə sənayesində Rusiya istehsalından yaralandığı ilə bağlı məsələlər də var. Yəni Rusiyanın köhnəlmiş silah-sursatlarını İran modernləşdirməyə çalışır. Bu səbəbdən də Rusiya və İran arasında hərbi-sənaye məhsullarının ortaq təkmilləşdirilməsi, eyni zamanda ortaq şəkildə yeni hərbi sənaye müəssisələrinin yaradılması məsələsi müzakirə edilir.

“Bu baxımdan İran və Rusiya bu məsələni nə qədər danmağa çalışsa da, ortada bir əməkdşalıq mövcuddur. Bu gün NATO və ABŞ Ukraynanaı dəstəklədiyi kimi İran da bu məsələdə birmənalı şəkildə Rusiyanı dəstəkləyir. İranla Rusiyanın yeni müttəfiqliyi İrana qarşı sanksiyaların daha da kəskinləşməsinə səbəb olacaq” - deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »