Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koreyada çempionata hicabız qatılan iran idmançısı yoxa çıxıb
Koreyada çempionata hicabız qatılan iran idmançısı yoxa çıxıb

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən qayayadırmanma üzrə Asiya çempionatının final mərhələsində İranı təmsil edən azərbaycanlı idmançı Elnaz Rekabinin hicabsız yarışdıqdan sonra yarışlardan erkən ayrıldığı bildirilib.

Bizimyol.info xəbər verir ki, Rekabinin bu addımı 22 yaşlı Mahsa Amini əxlaq polisi tərəfindən saxlanılarkən öldüyü zaman başlayan nümayişlərə dəstək üçün etdiyi təxmin edilir.

Fars xəbər saytları Rekabinin getməyə məcbur edildiyini və İranda həbs oluna biləcəyini yazıb. Amma Tehran bu ittihamları rədd edib. İranın Cənubi Koreyadakı səfirliyi açıqlamasında bildirib ki, Rekabi komandanın digər üzvləri ilə birlikdə çərşənbə axşamı səhər təyyarə ilə Seuldan ayrılıb.

BBC Fars xidməti anonim mənbəyə istinadən bildirib ki, İran hakimiyyəti Rekabinin mobil telefonunu və pasportunu müsadirə edib. İddia olunurdu ki, Rekabi çərşənbə günü geri dönəcəkdi, lakin bu səbəbsiz olaraq tezləşdirilib.

"Iran Wire" isə Rekabinin planlaşdırılandan bir gün əvvəl getməsinin səbəbinin ölkəyə qayıdanda hava limanında baş verə biləcək etirazların qarşısını almaq olduğunu bildirib.

Federasiya rəsmiləri bildiriblər ki, Rekabi bir həftə davam edən tədbirin əvvəlki hissələrində baş örtüyü ilə mübarizə aparıb və yalnız final mərhələsində baş örtüyünü çıxarmaq qərarına gəlib.

"Euronews"un türkcəsində yer alan xəbərə görə, rəsmilər yarışma qaydalarında qadınların hicab taxıb-baxmaması ilə bağlı maddənin olmadığını, Rekabinin bu qərara ancaq ona verilən suallardan sonra gəldiyi bildirib.

Azərbaycanlı idmançı olimpiadaya vəsiqə vəd edən Asiya Çempionatını  dördüncü yerdə başa vurub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »