Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan MN: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır"
Azərbaycan MN: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır"

Ermənistan Müdafiə Nazirliyinin oktyabrın 6-sı günorta saatlarında Ordumuzun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin döyüş mövqelərində möhkəmləndirmə işləri aparan texnikaya atəş açılması və nəticədə həmin texnikanın zədələnməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə "Bizimyol.info"ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır", - nazirlikdən qeyd olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »