Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan dünyaya yalvarır: “Azərbaycana təzyiq edin”
Ermənistan dünyaya yalvarır: “Azərbaycana təzyiq edin”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çərşənbə axşamı BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Avstriyanın Avropa və Xarici İşlər üzrə Federal Naziri Aleksandr Şallenberq ilə görüş keçirib.

Bizimyol.info erməni mediasına istinadən xəbər verir ki, Mirzoyan ermənilərə xas olan uydurma nağıllar danışmaq bacarığından istifadə edib və həmkarına “Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı törətdiyi təcavüzün və bunun nəticəsində yaranmış vəziyyətin təfərrüatları”nı təqdim edib.

Bildirilir ki, Ermənistan xarici işlər naziri vurğulayıb ki, beynəlxalq ictimaiyyət mümkün yeni hərbi təcavüzlərin qarşısını almaq, atəşkəs rejimini qorumaq, Azərbaycan qoşunlarını Ermənistan Respublikasının “suveren ərazilərindən çıxarmaq” və erməni hərbi əsirləri geri qaytarmaq üçün Azərbaycana təzyiq göstərməlidir.

Bundan əlavə, məlumatda qeyd edilir ki, həmsöhbətlər ikitərəfli gündəliyin zənginləşdirilməsi imkanlarını müzakirə edib, siyasi dialoqun dərinləşdirilməsi və ticarət-iqtisadi əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.

Xəbərdə xüsusi vurğulanıb ki, görüş zamanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə də toxunulub.

Xatırladaq ki, sentyabrın 12-si gecə saatlarında Ermənistan-Azərbaycan sərhədlərində yaranan gərginlik hər iki tərəfin itkiləri ilə nəticələnib.

Bundan əlavə, tərəflər gərginliyin yaranmasında bir-birini ittiham edir. İllərdir olduğu kimi indi də Ermənistan bütün dünyanı yalanlarına inandıqmağa çalışır və Azərbaycanın mülki obyektlərə, şəxslərə atəş açdığını iddia edir.

Onu da əlavə edək ki, ermənilər dünyanın bir çox ölkələrində Azərbaycan səfirliklərinə hücumlar təşkil edir, işğalçı xüsusiyyətlərini bird aha nümayiş etdirirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib və Türkiyə-Azərbaycan birliyi əleyhinə açıqlamalar verib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »