Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanı müdafiə etmək istəyənlər könüllü kimi yazılsın" - Müdafiə Nazirliyi təşvişdə
"Ermənistanı müdafiə etmək istəyənlər könüllü kimi yazılsın" - Müdafiə Nazirliyi təşvişdə

“Hazırkı mərhələdə Ermənistanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə cəlb olunmaq istəyən vətəndaşlar könüllülük əsasında hərbi komissarlıqlara müraciət edə bilərlər”.

Bizimyol.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın müdafiə naziri Suren Papikyan hökumətin bu gün keçirilən iclasında bildirib.

“Bu gün könüllü olaraq hərbi xidmətə getmək istəyən və zərurət yaranarsa, yararlılığını təmin etmək üçün hazırlıq kursları keçən bütün vətəndaşlar qəbul olunmağa hazır olduqları hərbi komissarlıqlara müraciət edə bilərlər”,- deyə açıqlamada bildirilir.

Əlavə edək ki, bu gün keçirilən hökumət iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, vəziyyət gərgin olaraq qalır və Ermənistanda hərbi vəziyyətin tətbiqinin məqsədəuyğunluğu və zəruriliyi məsələsi Təhlükəsizlik Şurası formatında müzakirə olunub. Yekun olaraq,  belə bir qərarın hazırda qəbul edilməməsinin lazım olduğu qəbul edilib.

Baş nazir qeyd edib ki, indiki mərhələdə ölkənin “suveren”liyinin və “ərazi bütövlüyü”nün qorunmasına cəlb olunmaq istəyən vətəndaşlar adi qaydada, könüllülük əsasında hərbi komissarlıqlara müraciət edə bilərlər.

Xatırladaq ki, 12 sentyabr gecə saatlarından etibarən Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ordumuz 71 şəhid verib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində son baş verən hadisələr fonunda Ermənistanda ertiraz aksiyaları başlayıb. Etirazçılar hökümətin siyasətini dəstəkləmədiklərini bildirirlər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »