Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KTMT sülhməramlılar göndərməyəcək – Baş qərargah rəisi
KTMT sülhməramlılar göndərməyəcək – Baş qərargah rəisi

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Ermənistana göndərilməsi hələlik gündəmdə deyil”.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı keçirdiyi brifinqdə KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorov deyib.

"Qabağa getməyək. Sentyabrın 13-də dövlətlərimizin başçıları yekdilliklə bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik üsullarla həll edilməlidir”, - deyə o, bildirib.

Sidorov xatırladıb ki, tərəflər atəşkəs barədə razılığa gəliblə və bu razılaşmaya əməl olunur.

“Ona görə də ümid edirik ki, proseslər bu şəkildə davam edəcək, problemlər sülh yolu ilə, silahdan istifadə olunmadan həll olunacaq”, - deyə qərargah rəhbəri əlavə edib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Təxribat nəticəsində 50 hərbçimiz şəhid olub.

Ermənistan tərəfi isə idda edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Sotk, Vardenis, Qoris, Kapan, Ərtanış, İşxanasər, İşxanəsər, Qapalı rayonları istiqamətində artilleriya, PUA və iriçaplı silahlardan erməni mövqelərini intensiv atəşə tutub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »