Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan-Azərbaycan sərhədində sakitlikdir - Ermənistan MN
Ermənistan-Azərbaycan sərhədində sakitlikdir - Ermənistan MN

“Sərhəddə gecə də nisbətən sakit keçdi”.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlamada bildirilir ki, saat 11:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində heç bir mühüm insident qeydə alınmayıb.

Bundan əlavə, müdafiə nazirinin mətbuat katibi Aram Torosyan da bildirib ki, sərhəddə gecə də nisbətən sakit keçib. Xatırladaq ki, Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub.

Təxribat nəticəsində 50 hərbçimiz şəhid olub.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »