Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rafael Qrossi: "Biz odla oynayırıq"
Rafael Qrossi: "Biz odla oynayırıq"

Beynəlxalq Nüvə Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında Zaporojye AES-də hərbi əməliyyatlar nəticəsində fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, Qrossi bu barədə Twitter-də məlumat verib.

Buna görə də MAQATE ZAES-də Nüvə Təhlükəsizliyi və Mühafizəsi Zonasının (NTMZ) yaradılmasını tələb edir.

"Biz odla oynayırıq. Mənim şəxsən gördüyüm və ekspertlərimlə birlikdə qiymətləndirdiyim kadrlar sadəcə olaraq qəbuledilməzdir", - deyə Qrossi qeyd edib.

O, ZAES missiyasının üzvlərinin tam, sürətli və etibarlı məlumat almaqla vəziyyəti sabitləşdirməyə və yerlərdə baş verən hadisələri yaxından izləməyə kömək edəcəyini bildirib.

“Biz indi baş verənlərdən – atom elektrik stansiyasının atəşə tutulmasından qaçmaq üçün çox sadə, lakin son dərəcə zəruri qoruyucu mexanizm barədə razılığa gələ bilərik”, - deyə MAQATE rəhbəri bildirib.

Qrossi vurğulayıb ki, Ukraynadakı nüvə obyektlərinin təhlükəsizliyini və insanların təhlükəsizliyini təmin etmək üçün ən yaxşı tədbir bu silahlı münaqişənin dərhal dayandırılması olardı: "Ancaq bu baş verənə qədər nüvə qəzasının qarşısını almaq üçün təcili müvəqqəti tədbirlərə ehtiyac var. Biz dərhal ZAES-də təhlükəsizlik zonasının yaradılması üzrə məsləhətləşmələrə başlamağa hazırıq", - MAQATE-nin baş direktoru bildirib.

Onun sözlərinə görə, stansiyanın fiziki bütövlüyü bir neçə dəfə pozulub və AES-ə avqust ayında atəşə tutulması nəticəsində daha çox ziyan dəyib .

Qrossi həmçinin xatırladıb ki, reaktorun nüvələrinin soyudulması üçün xarici enerji təchizatında fasilələr onun əriməsinə səbəb ola bilər ki, bu da faciəni qaçılmaz edə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »