Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölümdən sonra beyin bir müddət düşünməyə davam edir - Araşdırma
Ölümdən sonra beyin bir müddət düşünməyə davam edir - Araşdırma

Ölüm insanlığın ən çox düşündüyü prosesdir. O, bir dəfə gəlir və geriyə dönüş yoxdur. Ölümlə bağlı bir çox ehtimallar düşünülür.

Həqiqətənmi öldüyümüz zaman həyatımız bir film lenti kimi gözümüzün qarşısından keçir?

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın Bangor Universitetinin Koqnitiv Neyrologiya professoru Guillaume Thierry beyinin ruhun bədəni tərk etdikdən sonra məlumatı nə qədər emal etməyə davam etdiyi barədə çox düşünüb.

O, Fransa İnqilabı tarixini oxuyan zaman  “gilyotin” anlayışı ilə tanış olub. Və o bu barədə düşünməyə başlayıb. Gilyotin ölüm hökmündə olan şəxsin başını kəsmək üçün istifadə edilən alətdir.

Ölümdən sonra şüur nə qədər açıq qalır?

İndiyə qədər aparılan raaşdırmalar göstərir ki, beyin ürək dayandıqdan 6 dəqiqə sonra ölür. Alim əlavə edib ki, ölüm zamanı beyindəki tənəzzül geri dönməz həddə çatır. Və həmin an şüur hiss etmək qabiliyyətini itirməyə başlayır. Siçanlar üzərində aparılan təcrübələr zamanı heyvanın huşunu itirdikdən bir dəqiqə sonra sinir fəaliyyətinin dayandığı müşahidə edilib.

Ancaq alim Guillaume Thierryə görə, insanlarda bu müddət daha uzun ola bilər. Bu yaxınlarda apardıqları təcrübədə alimlər 87 yaşlı epilepsiya xəstəsini araşdırmaq üçün elektroensefaloqrafiya (EEQ) cihazından istifadə ediblər.

Xəstə  infarktdan dünyasını dəyişib. Bu gözlənilməz hadisə alimlərə ilk dəfə ölən insanın beyin fəaliyyətini qeydə almağa imkan verib. Bu təcrübə nəticəsində beyin ölüm prosesi zamanı 15 dəqiqə aktiv olaraq qalıb.

Thierry isə deyirdi ki,  ekstremal vəziyyətlər yaşayan insanlar 6, 7, 8 və hətta 10 dəqiqə sonra həyata qayıda bilər. Buna görə də “beyin qapanması” nəzəri olaraq saatlarla davam edə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »