Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın peyki ABŞ-ı niyə narahat edib?..
İranın peyki ABŞ-ı niyə narahat edib?..

Rusiya İran üçün hazırlanmış peyki orbitə buraxıb. Belə ki, “Soyuz-2.1b” raketi İranın “Xəyyam” peykini orbitə çıxarıb.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, Qazaxıstanın Baykonur kosmodromundan İranın “Xəyyam” adlı Yerin məsafədən zondlama peyki (ERS) “Soyuz-2.1b” raketi ilə buraxılıb.

Peykin buraxılması prosesi “Roskosmos” tərəfindən YouTube-da yayımlanıb.

Bir müddət əvvəl Amerikanın “The Washington Post” qəzeti yazırdı ki, “Xəyyam” 1,2 metr təsvir ölçülü şəkillər çəkməyə və Livan, Suriya və Yəmən ərazilərini izləməyə imkan verir.

Nəşrin mənbələrinə görə, “Xəyyam” buraxıldıqdan sonra ilk bir neçə ay Rusiya tərəfindən Ukraynadakı hərbi obyektlərin monitorinqi üçün istifadə olunacaq.

Nəşr qeyd edir ki, bu peyk Tehranın imkanlarını xeyli artıracaq. Eyni zamanda bildirlirdi ki, “Xəyyam” öz xüsusiyyətlərinə görə, Qərbin uzaqdan zondlama peyklərinin əksəriyyətindən geridədir.

Qəzetin yazdığına görə, peykdən İsrail və Fars körfəzi ölkələrindəki hərbi obyektlərin fasiləsiz monitorinqi üçün istifadə oluna bilər.

Təkmilləşdirilmiş İran peyki İranın qonşuları və düşmənləri, eləcə də ABŞ hərbi və kəşfiyyat rəsmiləri arasında narahatlığı artırıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın Anqola üçün öz vəsaiti hesabına yaratdığı “AngoSat-2” peykinin buraxılışının oktyabr ayına təxirə salındığını bildirilmişdi.

Qeyd edək ki, “AngoSat-2” peyki itirilmiş “AngoSat-1”-i əvəz etmək üçün Roskosmos tərəfindən yaradılıb.

“AngoSat-1”-in buraxılışı 2017-ci il dekabrın 26-da Baykonur kosmodromunda (Qazaxıstan) yerləşən “Zenit-M” raket-kosmik kompleksindən istifadə edilməklə həyata keçirilib. Buraxılış operatoru kosmik buraxılış xidmətləri göstərən yeganə Rusiya özəl şirkəti “S7 Space”olub. Dekabrın 27-də isə peyk əlaqəni dayandırıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »