Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Si Cinpinlə Tayvan məsələsini müzakirə edib
Bayden Si Cinpinlə Tayvan məsələsini müzakirə edib

Çin və ABŞ hökumətlərarası işçi qrupu arasında əlaqələr bundan sonra da davam edəcək.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Çin Sədri Si Cinpin ilə ABŞ Prezidenti Co Bayden arasında baş tutan telefon danışığı zamanı iki ölkə arasındakı hökumətlərarası işçi qrupunda əlaqələri davam etdirmək barədə razılıq əldə olunub.

“İki ölkə liderləri Çin və ABŞ işçi qrupları ilə dialoqu və əməkdaşlığı bundan sonra da davam etdirmək barədə razılıq əldə edib”, - deyə Çin Xarici İşlər Nazirliyinin saytında bildirilib.

Nazirliyin məlumatına görə, Si Cinpin və Bayden arasında səmimi və hərtərəfli söhbət olub.

Liderlər həmçinin Tayvan məsələsini müzakirə edib.

Birləşmiş Ştatlar Tayvandakı vəziyyətlə bağlı birtərəfli addımlara qarşıdır.

ABŞ Prezidenti Tayvanala bağlı məsələdə ölkəsinin siyasəti dəyişməyəcəyini deyib.

“Birləşmiş Ştatlar status-kvonun dəyişdirilməsinə və ya Tayvan boğazında sülh və sabitliyə xələl gətirməyə yönəlmiş birtərəfli səylərə qəti şəkildə qarşıdır”, - deyə Bayden vurğulayıb.

İki saatlıq söhbət zamanı liderlər Ukrayna münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Çin Sədri bu məsələ ilə bağlı prinsipial mövqeyini ifadə edib.

Son xəbərlər
Bütün xəbərlər »