Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev: "Putin Krım ssenarisini təkrar edəcək, ABŞ sərt cavab verəcək"
Ağ Ev: "Putin Krım ssenarisini təkrar edəcək, ABŞ sərt cavab verəcək"

ABŞ administrasiyası Rusiyanın Ukraynada zəbt etdiyi torpaqları ilhaq etməyə hazırlaşdığını və Krıma oxşar yolla gedəcəyini iddia edib.

Bizimyol.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ kəşfiyyatının məlumatlarına görə, Rusiya artıq Ukraynada ilhaq üçün hazırlıqlara başlayıb. “Sentyabrda Ukraynanın işğal olunmuş ərazilərində Rusiyaya birləşmək üçün referendumlar keçirilə bilər”,- deyə Kirbi bildirib.

Jurnalistlərə açıqlama verən Kirbi, “Rusiya lideri Putin 2014-cü ildəki ssenarini təkrarlayır” deyərək, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrinə rusiyapərəst idarəçilərin təyin edilməsinə diqqət çəkib. Kirbi həmçinin bildirib ki, Rusiya bu istiqamətdə “qanunsuz” addım atsa, ABŞ çox sərt cavab verəcək.

Xatıladaq ki, 2014-cü ildə Ukraynada Qərbyönlü hökumət hakimiyyətə gəldikdən sonra Rusiya saxta referendum keçirərək Qara dəniz donanmasının yerləşdiyi Krımı ilhaq edib. İlhaq qərarı beynəlxalq ictimai rəydə böyük reaksiyalara səbəb olmuş, Ukraynanın şərqindəki rusiyapərəst separatçıların birtərəfli qaydada müstəqillik elan etmələri bölgədə müharibənin başlanmasına səbəb olmuşdu.

Qeyd edək ki, Rusiya 147 günlük müharibədə Ukraynanın bir çox bölgələrini, o cümlədən Xerson, Zaporojye, Donetsk və Luqanskı nəzarətə götürüb. Hazırda Donbasın şərqində şiddətli toqquşmalar davam edir.

Ukrayna prezidenti Volodomir Zelenski daha əvvəl Rusiyanın Ukraynanın Xerson və Zaporojye kimi şəhərlərində “müstəqillik referendumu” keçirməyi planlaşdırdığını iddia edib. Xersonda Ukrayna pul vahidi əvəzinə Rusiya rublundan istifadə olunması da bu iddiaları gücləndirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »