Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Suriya böhranını biz yaratmamışıq, yükün də yalnız üzərimizə düşəcəyini gözləmək düzgün deyil”
Ərdoğan: “Suriya böhranını biz yaratmamışıq, yükün də yalnız üzərimizə düşəcəyini gözləmək düzgün deyil”

“Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir. Astana platforması konkret addımlar ata biləcək yeganə təşəbbüsdür. Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir”.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, PKK, PYD, YPG terroru hamının ortaq problemidir:

“Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Fərat çayının şərqində terror aktları davam edir. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Xüsusilə ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək. Terror təşkilatlarının xarici dəstəyi ilə Suriyanın bölünməsi prosesinə töhfə verir”

Ərdoğan həmçinin suriyalı qaçqınların geri qayıtmasının vacibliyinə də toxunub:

“Astanalı tərəfdaşlarımızın Suriyada sabitliyə nail olmaq üçün səylərimizi dəstəkləyəcəyini gözləyirik.

Mülki yaşayış məntəqələrini hədəf alan hücumlar siyasi həll səylərimizi sarsıdır. İdlibdəki terror təşkilatlarından doğan narahatlığınızı başa düşürük. Türkiyə 3,7 milyon suriyalı qardaş və bacıya ev sahibliyi edir. Bu böhranı biz yaratmamışıq, yükün yalnız bizim üzərimizə düşəcəyini gözləmək düzgün deyil. Suriyalıların hər zamankindən daha çox köməyə ehtiyacı var. BMT-nin davamlı yardımı böhranın qarşısını almağın yeganə yoludur. Ümid edirəm ki, sammit Suriya üçün sülh və əmin-amanlığa töhfə verəcək”.

Onun sözlərinə görə, Türkiyədən 500 mindən çox suriyalı terrorçulardan təmizlənən məntəqələrə qayıdıb:

“Suriyada hər zamankindən daha çox köməyə ehtiyac var. Astanalı tərəfdaşlarımızdan da eyni anlayışı gözləyirik. BMT-nin transsərhəd mexanizmi 6 ay müddətinə uzadılıb. Aydındır ki, bu müddət bütün Suriyaya yardımın planlaşdırılması üçün kifayət deyil. Aydındır ki, yeni əməkdaşlığı inkişaf etdirməyə imkan verən daha çox sammit görüşlərinin keçirilməsi faydalı olardı”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »