Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 15 iyul, 2022-ci il – İnsanların zəif cəhətlərinə hörmətlə yanaşın
Ulduz falı: 15 iyul, 2022-ci il – İnsanların zəif cəhətlərinə hörmətlə yanaşın

Bizimyol.info 15 iyul, 2022-ci il tarixi üçün ulduz falını təqdim edir:

Xırda anlaşılmazlıqlara və uğursuz təsadüflərə kəskin reaksiya verməməyə çalışın, tənqidləri sakit qəbul edin. Bu, səhər saatlarında xüsusilə vacib olacaq. Əvvəllər həmişə bir-birini başa düşə bilməyən insanlarla anlaşmaq çətin olacaq. Uzun müddətdir davam edən fikir ayrılıqları kəskinləşə bilər və qarşılıqlı iddialar daha çox olacaq. Ancaq müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq, axşam saatları səhərlə müqayisədə daha xoş olacaq. Mübahisələr və şikayətlər keçmişdə qalacaq, bir çoxları daha mehriban davranacaq. İnsanların zəif cəhətlərinə hörmətlə yanaşın.

Qoç - Səhər vacib qərarlar verməmək daha yaxşıdır. Bu zaman pis təsirlərə tab gətirə və ya ümumiyyətlə, layiq olmayan bir insana etibar edə bilərsiniz. Bir az gözləyin. Tezliklə müsbət tendensiyaların təsiri artacaq. Əvvəllər yalnız təxmin edilə bilən detallar tamamilə aydın olacaq. Necə hərəkət edəcəyinizi başa düşəcəksiniz. Günün ikinci yarısı çox məhsuldar olacaq. Təhsil, yaradıcılıq və bəzi qeyri-standart iş tapşırıqlarını həll etmək üçün yaxşı vaxtdır. Ağlınıza gələn ideyalar, şübhəsiz ki, ətrafınızdakıları da sevindirəcək. Onların həyata keçirilməsində kömək etmək istəyənlər olacaq.

Buğa - İş və bizneslə bağlı hər uşdə bu gün intuisiyanıza arxalana bilərsiniz. Çətin vəziyyətdən tez çıxmağa, düzgün qərar verməyə, fürsət yarandığı zaman maliyyə gəliri əldə etməyə kömək edən cəhətiniz məhz bu olacaq. Gün danışıqlar, vacib məsələlərin müzakirəsi üçün münasibdir. Əvvəllər çoxlu fikir ayrılıqlarına səbəb olmuş mübahisəli məsələləri bu gün sakit atmosferdə müzakirə edə bilərsiniz. Qazanclı sövdələşmələr, maliyyə daxilolmaları ehtimal olunur. Lazımsız risklərdən qaçmağa çalışın. Diqqətli olsanız, hər şey çox yaxşı alınacaq. Bu, səfərə çıxmağı planlaşdıran Buğalar üçün xüsusilə vacibdir.

Əkizlər - Bu günə mühüm işgüzar görüşlər təyin oluna bilər. Yeni tanışlarda xoş təəssürat yaradacaqsınız, çoxları fikirlərinizlə maraqlanacaq. Bu gün əldə etdiyiniz uğurlar, şübhəsiz ki, diqqətdən yayınmayacaq. Ətrafınızdakı insanlar başa düşəcəklər ki, siz çox şeyə qadirsiniz. Tezliklə maraqlı iş təklifləri almağınız mümkündür. Gün şəxsi münasibətlər baxımından əlverişli olacaq. Ətrafınızdakı insanları mükəmməl başa düşəcəksiniz. Romantik sürprizlər mümkündür. Sevdiyiniz insanla ünsiyyət çox müsbət emosiyalar verəcək.

Xərçəng - Sizi kifayət qədər gərgin də olsa, əlverişli bir gün gözləyir. Gözlənilməz təkliflər mümkündür. Bəzi bürc nümayəndələri son vaxtlar onlara xüsusilə maraqlı və perspektivli görünən işlə tam məşğul olmaq imkanı əldə edəcəklər. Ortaqlar tapmaq çətin olmayacaq. Onların arasında ünsiyyət qurmaq çox asan və xoş olan insanlar da yer alacaq. Maliyyə daxilolmaları, o cümlədən gözlənilməz mənbələrdən ödənişlər mümkündür. Ümumilikdə, maliyyə məsələlərinə gəlincə, diqqətli olmaq lazımdır. Əldə etdiyiniz vəsaiti xərcləməyə tələsməyin. Plansız alışların uğurlu olma ehtimalı azdır.

Şir - Asan həll yolları axtarmayın. Bu gün vacib sualların cavabları üzdə olnaycaq və ilk olaraq ağlınıza gələn fikirlər çətin ki, ən yaxşı fikirlər olsun. Mövcud vəziyyəti başa düşmək və ən yaxşı şəkildə necə davranacağını anlamaq üçün vaxt lazımdır. Köhnə tanışların məsləhətlərini dinləməyə dəyər; onların sayəsində səhv etməyəcəksiniz. Üzərində xoş təəssürat yaratmaq istədiyiniz insanla görüşmək üçün doğru gündür. İstədiyinizə nail olmaq çətin olmayacaq: sadəcə, təbii davranmağınız kifayətdir.

Qız - Günün erkən saatlarında işdə fəal olun. Böyük uğurlar əldə etmək, uzun müddətdir alınmayan işlərin öhdəsindən yaxşı gəlmək şansınız olacaq. Əlverişli sövdələşmələr bağlamağınız mümkündür. Özünüzü düzgün aparsanız, gəlirinizi əhəmiyyətli dərəcədə artıra bilərsiniz. Gün dövlət qurumları ilə əlaqə, sənədləşmə işləri üçün münasibdir. Günün ikinci yarısında diqqətinizi şəxsi münasibətlərə yönəltməli olacaqsınız və bunu məmnuniyyətlə edəcəksiniz. Ailə tədbirləri yaxşı keçəcək və dostlarla görüşlər ən xoş təəssüratlar yaradacaq.

Tərəzi - Səy göstərmək lazım gələcək. İşinizdə nəzərəçarpacaq uğurlar əldə edə biləcəksiniz, lakin qələbə qazanmaq çətin olmayacaq. Çox güman ki, səy göstərməli olacaqsınız. Bununla belə, zəhmətiniz boşa çıxmayacaq; günün ortasında doğru yolda olduğunuz aydınlaşacaq. İşgüzar münasibətlər nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişəcək. Başa düşəcəksiniz ki, həm həmkarlarınız, həm də rəhbərlik sizi başa düşür və sizə dəstək olmağa hazırdır. Gün səyahət üçün əlverişlidir. Sevdikləriniz sizi müşayiət edərsə, xüsusilə yaxşı alınacaq. Çoxlu canlı təəssüratlar alacaqsınız, çoxlu yeni şeylər öyrənəcəksiniz.

Əqrəb - Həyəcanlanmayın və soyuqqanlılığınızı qoruyun. Xüsusilə heç kimlə məsləhətləşmədən özbaşına hərəkət etməyə alışmış bürc nümayəndələri üçün bu gün kifayət qədər gərgin ola bilər. Ətrafınızdakı insanlar işlərinizə həmişəkindən daha tez-tez müdaxilə edə bilər və bu, qıcıqlanmaya səbəb olacaq. Bu gün emosiyalarınızı idarə etsəniz, şübhəsiz ki, sonradan buna görə özünüzü tərifləyəcəksiniz. İşgüzar danışıqlar gözlədiyiniz kimi asan getməyə bilər, lakin uğurla başa çatacaq. Əməliyyatlar və alışlar günün ikinci yarısına qədər təxirə salınmalıdır. Bu zaman intuisiyanız xüsusilə kəskinləşəcək.

Oxatan - Səhər saatlarında təxribatlara boyun əyməyin. Ünsiyyət baxımından çətin bir dövrdür. Hamı ortaq dil tapa bilməyəcək. Hətta əvvəllər asanlıqla anlaşan insanlar da sizi səhv başa düşə bilərlər. Ancaq qızğın mübahisələrin və kəskin münaqişələrin qarşısını almaq olar. Sonradan müsbət tendensiyaların təsiri artacaq, hər şeyin yaxşılaşdığını hiss edəcəksiniz. Biznes və şəxsi münasibətlərdə fəal olmaq üçün doğru zamandır. Xoş görüşlər, maraqlı tanışlıqlar mümkündür.

Oğlaq - Sakit qalmaq gözlədiyinizdən daha çətin olacaq. Birincisi, təcili həll tələb edən mürəkkəb vəzifələr yarana bilər. İkincisi, başqaları ilə həmişəkindən daha çox mübahisələr və fikir ayrılıqları olacaq. Kəskin məqamları yumşaltmalı olacaqsınız. Üçüncüsü, gözlənilməz hadisələr sizi planlarınızı dəyişməyə məcbur edəcək və bu, çətin ki, sizi sevindirsin. Amma gün xoş anlardan da məhrum olmayacaq. Köhnə dostlarla əylənmək əlbəttə ki, xoş olacaq. İşgüzar maraqlarınız olan həmkarlarınız və digər insanlarla anlaşmaq asan olacaq. Sevdiyiniz bir insanla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür.

Dolça - Həyatınızda nəyi dəyişdirmək istədiyinizi düşünün. Ola bilsin ki, bu gün yeni məqsədə doğru ilk addımları ata və ya uzun müddətdir can atdığınız hədəfə nail ola bilərsiniz. Həm biznes sferasında, həm də şəxsi münasibətlərdə təşəbbüskar olmaq faydalı olacaq. Son vaxtlar kiminləsə münasibət qurmamısınızsa, bu gün ümumi dil tapmaq şansınız var. Gün xoş xəbərlər vəd edir. Onlar sizin son vaxtlar çox düşündüyünüz məsələ ilə bağlı olacaq. Maraqlı təkliflər istisna deyil.

Balıq - Səhər pozitiv əhval-ruhiyyəyə köklənmək vacibdir. Səhər saatlarında sizi xoşagəlməz xatirələr və narahat fikirlər üstələyə bilər; onlar sizi narahat və əsəbi edəcək. Çətinlikləri deyil, yeni imkanları görməyə çalışın. Onların bir çoxu bu gün açılacaq. Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Ulduzların dəstəyini hiss edəcək, həvəslə yeni işlərə əl atacaq və onlarda tez bir zamanda uğur qazanacaqsınız. Yəqin ki, əvvəllər fikir ayrılığı və mübahisəyə səbəb olan bir problem uğurlu şəkildə həll ediləcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »