Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya tam məğlub olacağı halda hansı bölgələri itirə bilər
Rusiya tam məğlub olacağı halda hansı bölgələri itirə bilər

Qərb dünyası, siyasətçiləri əmindir ki, Rusiya müharibədən qalib kimi ayrılmayacaq. Kremlin məğlubiyyətini əksər hərbi ekspertlər proqnozlaşdırır. Rusiya ordusunun Ukraynada işləri yaxşı getmir, fiasko gözləniləndir. Hesab olunur ki, məğlubiyyətdən sonra şimal dövləti ərazilərinin nəzərəçarpan hissəsini itirəcək. Bir çox respublikaların müstəqillik ideyasını həyata keçirəcəyi ehtimal olunur.

Bizimyol.info xəbər verir ki, Ukraynanın keçmiş Xarici İşlər Naziri Vladimir Oqrızko, kəşfiyyat xidmətinin rəhbəri Kirill Budanov, Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov müsahibələrində parçalanma ehtimalını çox qabardır. Ekspertlər hətta konkret bölgələrin adını da çəkir.

Çeçenistan və Şimal Qafqazın adının hamıdan əvvəl gəlməsi təəccüblü olmamalıdır. Ötən əsrin 90-cı illərindəki milli istiqlal mübarizəsi unudulmayıb. Cövhər Dudayevin başçılıq etdiyi mübarizə uzun müharibə və acı məğlubiyyətlə nəticələnmişdi. Kremlin dayaqları sarsılanda Çeçenistanın, o cümlədən, Şimali Qafqazdakı başqa respublikaların müstəqilliyə can atacağı şübhəsizdir.

Tatarıstan və Başqırdıstan bir az fərqli yol seçmişdi. Bu respublikalar Rusiyanın caynağından sülh yolu ilə qurtulmağa ümid edirdi. SSRİ dağılanda Tatarıstan hətta Qazaxıstan və Türkmənistandan daha əvvəl müstəqilliyini elan etmişdi. O vaxt tatar parlamentinin rəhbəri Mintimir Şaymiyevin qətiyyətsizliyi həlledici rol oynadı. Rusiya Prezidenti istəyinə çatdı. Aleksey Navalnının korrupsiya ilə mübarizə fondu 2019-cu ildə üzə çıxarmışdı ki, Şaymiyevin sərvəti 2.5 milyard avronu ötüb. Tatarıstanın niyə müstəqil ola bilməməsi həm də bu faktın arxasında gizlənir.

Yakutiya, Tuva və başqa Sibir xaqları da müstəqillik haqqında az düşünməyib. Ötən əsrin 90-cı illərində bu istiqamətdə cəhdlər çox olmuşdu. Güclü Kreml buna imkan verməmişdi. İndi Vladimir Putinin istirahət üçün tez-tez seçdiyi Tuvada müəyyən ümidlər yaranıb. Hələlik bu haqda yüksək səslə danışılmır. Uzaq Şərq haqqında da bənzər fikirləri demək olar.

O ki qaldı Kareliyaya, buranı Kreml üçün ən çətin bölgələrdən biri adlandırmaq olar. Finlandiyanın qədim ərazisində müstəqillikdən çox, Skandinaviya ölkəsinə qayıdış meylləri var. Kremlin ayağının büdrəməsi kifayətdir ki, Kareliya Rusiyadan canını qurtarsın.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »