Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin uğursuzluğun acığını yüksək rütbəli həbçilərdən çıxır
Putin uğursuzluğun acığını yüksək rütbəli həbçilərdən çıxır

Rusiyanın hərbi rəhbərliyi son həftələrdə Ukraynaya təcavüzünün ilkin mərhələlərində zəif çıxış etdiyi güman edilən yüksək rütbəli komandirləri işdən çıxarıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının gündəlik xülasəsində deyilir.

Məlumata görə, Elit 1-ci Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel Xarkovu ələ keçirə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Rusiya Qara Dəniz Donanmasına komandanlıq edən vitse-admiral İqor Osipov da aprel ayında Ukraynanın hücumu nəticəsində "Moskva" kreyserinin batmasından sonra tutduğu vəzifədən azad edilib.

"Moskva" kreyseri "Moskva" kreyseri

Məlumatda bildirilir ki, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov isə çox güman ki, vəzifəsində qalacaq, lakin onun prezident Vladimir Putinin etimadını qoruyub saxlayacağı hələ ki, inandırıcı görünmür.

"Rusiyanın hərbi-əməliyyat uğursuzluqlarına görə "şəxsi cəzalandırma" tədbirləri Ukraynaya hücumda iştirak edən bir çox hərbi məmurların diqqətini  getdikcə daha çox yayındıracaq",- deyə bəyanatda deyilir.

Hesabatda bu addımın bir sıra mənfi nəticələrinin olacağı ehtimal edilir. "Bu, çox güman ki, Rusiyanın mərkəzləşdirilmiş komandanlıq və nəzarət modelinə əlavə təzyiq göstərəcək, çünki zabitlər əsas qərarların qəbulunu daha çox rəhbərlərə ötürməyə çalışırlar. Bu şəraitdə Rusiyanın təşəbbüsü bərpa etməsi çox çətin olacaq",- deyə hesabatda qeyd olunub.

Qeyd edək ki, Britaniya kəşfiyyatı bu yaxınlarda Rusiyanın Donbassdakı hücumunun sürətini itirdiyini və ən azı bir ay bərpa oluna bilməyəcəyini, sistemli problemlərin artmaqda davam etdiyini bildirmişdi. Onların fikrincə, Rusiya qoşunlarının irəliləməsi körpü avadanlıqlarının və pilotsuz təyyarələrin itirilməsi, daim aşağı əhval-ruhiyyə və bölmələrin çevik şəkildə dəyişdirilə bilməyən döyüş effektivliyinin azalması ilə çətinləşə bilər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »