Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın Azərbaycana atdığı fosfor bombalarını indi Rusiya Ukraynaya atır"
"Ermənistanın Azərbaycana atdığı fosfor bombalarını indi Rusiya Ukraynaya atır"

2020-ci ildə İkinci Qarabağ müharibəsində Ermənistan, Azərbaycana qarşı qadağan olunmuş silahlardan o, cümlədən ağ fosfordan istifadə etmişdi. Ağ fosforun kimya sənayesində istifadəsinə icazə verilir. Amma alovlandırıcı silahlardan olan ağ fosforun istifadəsi beynəlxalq qanunlarla qadağan edilir.

Alovlandırıcı silahlar BMT-nin 1980-ci il “Bəzi silahların növlərinə dair Konvensiyası”nın III Protokol 1-ci Maddəsinə əsasən hədəfə göndərilən maddənin kimyəvi reaksiya nəticəsində əmələ gətirdiyi alov, obyektləri yandırmaq və ya insanlara xəsarət yetirmək üçün hazırlanmış silahlardır. Bu silahların mülki hədəflərə və hərbi hədəflərə qarşı istifadə edilməsi qadağandır. Bu, Cenevrə konvensiyası ilə də qadağan edilmişdir. Bu silahlardan 2016-cı il münaqişəsi zamanı 10 May tarixində Ermənistan ordusu tərəfindən 122 mm’lik ağ fosfor artilleriya bombaları Azərbaycan ərazisinə atılıb. 2020-ci ildə də Ermənistan ərazisindən Azərbaycana Tərtər rayonu ərazisinə ağ fosfor bombaları atılıb. Və bu gün Rusiya, Ukraynaya qarşı həmin silahlardan istifadə edir.

Ədalət Verdiyev Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev Bizimyol.info saytına açıqlamasında bildirib ki, qadağan olunmuş silahlar beynəlxalq konvensiyalarla, o cümlədən Cenevrə konvensiyasının tələbləri ilə təyin edilib. Belə ki, ağ fosfordan həm Qarabağda, həm də Ukraynada istifadəsinə rast gəlinir: “Bundan başqa Rusiyanın əlində olan uzaqmənzilli nüvəbaşlıqlı raketlər adi başlıqlarla təchiz edilərək, kütləvi halda Ukraynada tətbiq edilir. Buna artıq rast gəlmişik”.

Qarabağ müharibəsi zamanı da, Ukraynada müharibəsində də mütəxəssislər Beynəlxalq hüquq normalarının pozulduğunu iddia edirlər.

Nədir bu beynəlxalq hüquq normaları?

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, 30 ildir ki, Beynəlxalq hüquq normaları axtarışdadır, lakin tapılmır: “Bu hüquq normaları olmuş olsaydı, Xocalı soyqırımına və ərazilərmizdə baş verən soyqırımlara münasibət bildirilərdi və Ermənistanı qınayardı. Əfsuslar olsun ki, biz bu günə qədər buna rast gəlməmişik. Standart vəziyyətdə beynəlxalq hüquq dediyimiz nəhəng qlobal güclərin əlində zəif dövlətləri əzmək üçün vasitəyə çevrilib”.

Xatırladaq ki ağ fosfor silah kimi ilk dəfə XIX əsrdə İrlandiyalı milliyətçi Fenian tərəfindən karbon disulfiddə məhlul şəklində istifadə edilib. Karbon disulfid buxarlandığı zaman fosfor yanmağa başlayır və bu qarışıq “fenian alovu” adlandırılır.

Qeyd edək ki, bu silahdan Rusiya Birinci və İkinci Çeçen müharibələri zamanı istifadə edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »