Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Onlar gəlib uşaqlarımızı bizdən aldılar"
Zelenski: "Onlar gəlib uşaqlarımızı bizdən aldılar"

Ukrayna prezidenti Vladimir Zelenski canlı yayımla Böyük Britaniyanın parlamentində çıxış edib.

“Report” xəbər verir ki, Ukrayna lideri bildirib ki, Ukraynaya hərbi müdaxiləsi nəticəsində Rusiya ordusu 11 mindən çox hərbçisini itirib, onlardan biri də generaldır:

“Dinc sakinlərin ərzaq ehtiyaclarına çıxışı məhdudlaşdırlır. Nəticədə insanlar arasında təşviş yaranır. 13 gün boyunca sussuz və ac qalan insanları düşünün. Ukraynada 50-dən çox uşaq həyatını itirib. Onlar gəlib uşaqlarımızı bizdən aldılar”.

Ukrayna prezidenti bildirib ki, ölkəsi dünyanın ən böyük ordusuna qarşı mübarizə aparır:

“Biz raketlərlə və helikopterlərə döyüşürük. 13-cü gün, 14-cü gün və 15 ci gün gəlincə bu davam edəcək mi? Biz Ukrayna xalqı olaraq mübarizəmizi sonuna qədər davam etdirəyəcəyik”.

V. Zelenski Böyük Britaniyadan kömək istəyib: “Britaniyanın baş naziri Boris Consona təşəkkür edirəm. Sizdən xahiş edirəm təzyiqinizi artırın. Rusiyanı terrorçu ölkə kimi tanıyın”.

Son xəbərlər
Bütün xəbərlər »