Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda baş verən qəza tıxaca səbəb oldu - Foto
Bakıda baş verən qəza tıxaca səbəb oldu - Foto

Bakının mərkəzində - Nizami kinoteatrının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Nəsimi rayonu, Bülbül prospektində “Mersedes” və “Volvo” markalı iki avtomobil toqquşub.

Bizimyol.info xəbər verir ki, Vidadi küçəsindən gələn 10 AA 966 dövlət nömrə-nişanlı “Mercedes” S Class markalı avtomobil 99 RC 999 dövlət nömrə nişanlı “Volvo” markalı, Bülbül prospektilə hərəkət edən avtomobillə toqquşub.

Hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb.

Qəzaya düşən “Mercedes”in hökumətdə təmsil olunan şəxslərdən birinə məxsus olduğu bildirilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »