Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq

Son günlər Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik bütün dünyanın gözünü bölgəyə çevirsə də, Rusiyadan mümkün “müharibə” ehtimalı ilə bağlı açıqlama gəlib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna ilə müharibə olmayacaq” deyə açıqlama verib. Rusiyanın müharibə istəmədiyini vurğulayan Lavrov, “ancaq maraqlarımızın göz ardı edilməsinə icazə verməyəcəyik” deyə çıxışına əlavə edib.

Bundan əlavə o, Rusiya prezidenti Vladimir Putinin ABŞ və NATO-nun təhlükəsizlik təkliflərinə necə cavab verəcəyi məsələsinə də toxunub və qeyd edib ki, “ABŞ-ın təklifi NATO-nun təklifindən daha yaxşıdır”.

Sonda isə Lavrov yaxın həftələrdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşməyi planlaşdırdıqlarını bildirib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »