Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkim "omicron"un insan orqanizminə necə daxil olmasını izah edib
Həkim "omicron"un insan orqanizminə necə daxil olmasını izah edib

"Yeni ştamla yoluxmanın əlamətlərindən biri konyunktivitdir ki, bu da virusun orqanizmə göz vasitəsilə daxil olduğunu göstərir".

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bunu "DNCOM"un Molekulyar Genetik Tədqiqatlar üzrə Tədqiqat Mərkəzinin baş direktoru Andrey İsayevin bildirib.

“Şəxsi müşahidələrimə görə, oktyabr ayında "delta ilə xəstələnən, yanvarda isə yenidən kovidlə yoluxan xəstələr var. Etimal ki, ikinci dəfə həmin şəxslərdə "omicron" olub.

İsayev qeyd edib ki, virus orqanizmə göz vasitəsilə daxil ola bilər, çünki omikron ştammına yoluxma əlamətlərindən biri konyunktivitin inkişafı, ardınca baş ağrıları və burun axmasıdır. Eyni zamanda, o, əlavə edib ki, bu gün ümumiyyətlə, "delta" və "omikron" üçün əlamətlərin konkret olaraq nəyə xas olması barədə hələ də az məlumat var: "Xəstəliyin ilkin əlamətləri barədə dəqiq məlumat vermək hələ ki, mümkün deyil. Amma "omicron"un insan orqanizminə göz vasitəsilə daxil olması etimalı araşdırmaçılar tərəfindən yüksək dəyərləndirilir", - deyə o bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »