Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu sahədə Türkiyə ilə əməkdaşlığa ehtiyacımız var"
"Bu sahədə Türkiyə ilə əməkdaşlığa ehtiyacımız var"

“2020-ci ildə məişət zorakılığı zəminində 41 qadın həlak olub. Bu əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 % faiz artıb. Keçən ilin göstəriciləri heç də az deyil, belə ki, 2021-ci ildə öz həyat yoldaşları və ya digər kişi ailə üzvləri tərəfindən öldürülən qadınların sayı 70 olub”.

Bu barədə açıqlamasında Bizimyol.info saytına Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova danışıb. Onun sözlərinə görə, məişət zorakılığı zəminində öldürülən qadınların sayının artması, bu qəddar cinayətlərin uşaqların gözü qarşısında baş verməsi və eləcə də digər neqativ halların artması bir daha göstərir ki, bu sahədə görülən işlərin daha da gücləndirilməsini tələb edir.

Hicran Hüseynova Hicran Hüseynova

““Məişət zorakılığının qarşısının alınması haqqında” Qanununun qəbul edilməsindən 10 ildən çox müddət keçir. Hazırda bu Qanunun tətbiqi zamanı yaranan bəzi çətinlikləri müşahidə edirik. Təcrübə göstərir ki, bu Qanunun təkmilləşdirilməsinə ehtiyac vardır. 2020-ci ilin noyabr ayında cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı təsdiqlənmişdir. Bu, müvafiq dövlət qurumlarının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində mühüm sənəddir. Eyni zamanda, həmin sənəddən irəli gələn əsas vəzifələrdən biri də “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təkmilləşdirilməsidir. Burada bir sıra məsələlər, o cümlədən, zorakılıq əməllərinə görə cərimə ilə bağlı sanksiyalara, tərəflərin barışması əsasında inzibati işlərə bir dəfə xitam verilməsi məsələsinə yenidən baxilması, cinayət qanunvericiliyinə məişət zorakılığı ilə bağlı normaların daxil edilməsi, məişət zorakılığı hallarının araşdırılması üzrə mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur”.

H.Hüseynova qeyd edib ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planı”nından irəli gələrək Milli Məclisin müvafiq Komitəsi bu sahədə öz töhfəsini verməyə çalışır. Burada beynəlxalq təcrübənin öyrənilməsi də mühim məsələlərdəndir.

“Türkiyənin sosial xidmətlər, xüsusilə də, zorakılıq qurbanlarına xidmətlərin göstərilməsi ilə bağlı yaxşı təcrübəsi var. Həmçinin, Azərbaycanın da müəyyən təcrübəsi mövcuddur. Bizim bu sahədə əməkdaşlığa, təcrübə mübadiləsinə ehtiyacımız var. Bu zorakılığa qarşı mübarizədə effektiv mexanizmlərin hazırlanmasına mühüm töhfə ola bilər. Bununla bağlı qeyd etmək istərdim ki, keçən il Noyabrın 4-də Milli Məclisdə “Məişət zorakılığına qarşı mübarizə: beynəlxalq öhdəliklər və milli mexanizmlər (Türkiyə və Azərbaycan təcrübəsi)” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Türkiyə Böyük Millət Məclisinin Qadınlara Qarşı Şiddətin Araşdırılması Komissiyasının rəhbəri, AKP Mərkəzi Qərar və İdarə heyətinin üzvü Öznur Çalık qadınlara qarşı zorakılıqla bağlı təqdimatla çıxış etdi. Türkiyə və Azərbaycanın ailə modelləri oxşardır”,- deyən deputat bildirib ki, bu baxımdan da həm qanunvericilik, həm də icra mexanizmlərin tətbiqi sahəsində sıx əməkdaşlığa ehtiyac var.

Xüsusi qeyd: Zorakılığa məruz qalanlar və ya çevrəsində zorakılığa məruz qalan şəxslər, dəstək almaq üçün müraciət edəcəkləri bütün xidmətlərin əlaqə nömrələrini BU LİNKdən əldə edə bilərlər.

İlahin, Bizimyol.info

Bu yazı "Bizim Yol" MMC - Bizimyol.info xəbər portalı tərəfindən gender əsaslı zorakılığın mediada işıqlandırılması məqsədilə "DAYAN və DƏYİŞ" Layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər
Bütün xəbərlər »