Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin yeni kosmik silahın buraxılmasından danışıb
Putin yeni kosmik silahın buraxılmasından danışıb

Rusiya, Sovet İttifaqının dağılmasından sonra ilk dəfə kosmosa ən böyük raketini göndərdi.

Bizimyol.info xəbər verir ki, hərbi peykləri kosmosa daşıya biləcəyi bildirilən, 761 ton ağırlığındakı Angara A-5, bazar ertəsi günü Rusiyanın şimalındakı Plesetsk Kosmik Bazasından üçüncü sınaq buraxılışını həyata keçirib. Ağır kosmik maşınları kosmosa daşıyacaq raket, gələcəkdə müharibələrə səhnə olacağı gözlənilən Rusiyanın kosmosda artan hərbi təsirini də ortaya qoyur.

Rusiya prezidenti Vladimir Putin isə raketin buraxılmasını alqışlayıb və onun ölkədə kosmik sənayenin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. “Roskosmos” agentliyinin rəhbəri Dimitri Roqozin də paylaşım edərək, Rusiya kosmos sənayesi işçilərini təbrik edib.

Qeyd edək ki, Sovet İttifaqı ilk peykini 1957-ci ildə uğurla kosmosa çıxarmış və rus kosmonavtı Yuri Qaqarin 1961-ci ildə kosmosa çıxan ilk insan olmuşdu.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »