Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İşə qəbul prosesini anlayışı olmayan şəxslər həyata keçirir"
"İşə qəbul prosesini anlayışı olmayan şəxslər həyata keçirir"

Son dövrlərdə İT sektora aid vakansiya bazarında canlanma baş versədə, əksər mütəxəssislər işəgötürənlərin müsahibələri düzgün şəkildə təşkil etmədikləri barədə fikirləri ilə qarşılaşırıq. Təbii ki, bir çox hallarda vakansiyada qeyd olunmayan tələblərin irəli sürülməsi, və İT sektorunda anlayışı belə olmayan HR mütəxəssisin işə qəbul prosesini həyata keçirməsi çox böyük uğursuzluqlara aparır.

İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, İnformasiya Kommunikasiya Texnologiyaları yeni bir elm olmağına baxmıyaraq dəqiqlik və ixtisas üzrə yüksək biliklər tələb edir. Bu səbəbdən də imtahan və müsahibə keçirən kadr mütəxəssislərinin bu sahəni bilməkləri zəruridir.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Əks halda düzgün seçim etmədikdə peşəkar bir mütəxəssis kadrını itirə bilərlər, yaxud əksinə işlərinə zərər vura biləcək bir mütəxəssis sayılmayan şəxsi işə götürə bilərlər. Bu isə zaman itkisinə səbəb olacaq. İT -də isə ən böyük üstünlük zamanında düzgün şəkildə  işlərin təhvil verilməsi və gecikməsidir.

Demək olar ki, hər bir İT mütəxəssis iş həyatında sayı hesabı olmayan müsahibələrdə və iş görüşmələrində iştirak edir. Lakin əksəriyyəti aşağıdakı qeyd edəcəyim xoş gəlməz hallar ilə qarşılaşırlar. Son zamanlar dəb halı almış məsələlərdən biri də işəgötürənlərin mütəxəssisdən ixtisasına aid olmayan bilikləri tələb etməsidir. Məsələn, “Sistem adminstratoru” vəzifəsinə iddia edən bir şəxsin “Şəbəkə sistemlərinı”-də bilməyini tələb edirlər. Lakin qeyd etmək istərdim ki, bu ikisi ayrı ayrı ixtisaslardı, fiziki cəhətdən qismən bu iki vakansiyanı bir mütəxəssis icra eləsə belə, təyin olunan əmək haqqı çox aşağı olur və necə deyərlər görülən işin əvəzini vermir. Büdcəsinə qənaət etmək istəyən işəgötürənlər əksinə necə mənfi rəylər qazandığının fərqində belə deyillər.

Bu səbəbdən bir çox peşəkar mütəxəssislər işlərinə güvənərək “FREELANCER” işləməyi üstün tuturlar və kifayət qədər maddi cəhətdən yüksək nailiyyətlər əldə etmiş olurlar. İşini bilən və yüksək təcrübəsi olan İT mütəxəssis xidmətləri heçdə ucuz olmur”.

Səkinə İlqarqızının sözlərinə görə, bəzi vətəndaşların və yeni qurulan şirkətlərin büdcəsi minimal olduğundan çox zaman işini bilməyən şəxslərin toruna düşürlər.

“Buda İT sektorda xidmət səviyyəsinin enməsinə səbəb olur. Eyni halları diğər sahələrdə müşahidə etsəkdə İT sahəsində buna daha çox rast gəlinir.

Ölkəmizdə demək olar ki, hər gün yeni bir tədris mərkəzi açılır, və bunların bir çoxusunda İT üzrə dərslər tədris olunur.

Ümumi bir dərs proqramının və vəsaitlərin olmamasını nəzərə alaraq vurqulamaq istərdim ki, sahəni mənimsəmək istəyən hər bir şəxs vaxt itkisi ilə və natamam biliklərlə qarşılaşır. Bu səbəbdən zəruri hesab edirəm ki, İT texnologiyalarını tədris edən mərkəzlər, kurslar və müəllimlər, ixtisası təlim etmək üçün müvafiq təyin olunmuş dövlət orqanlarından sertifikasiya imtahanına cəlb edilsinlər və yalnız imtahanı keçdikdən sonra tədris etmək hüququ əldə etsinlər.

Burada təkcə vətəndaşların mənafeyi düşünülmür, həmçinin ölkəmizin gələcək İT təhlükəsizliyi sığorta olunur. Unutmayaq ki, sahəni bilməyən və İT üzrə heç bir təhsili olmayan şəxsin vura biləcəyi zərərlərın sayı hesabı yoxdur”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »