Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Apple" koronavirusa görə mağazalarını bağlayır
"Apple" koronavirusa görə mağazalarını bağlayır

Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan "Apple" ABŞ-da "Omicron" ştammının artması səbəbindən Nyu Yorkdakı 12 mağazasını qapalı alış-verişə bağlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"Biz müntəzəm olaraq şərtləri izləyirik, müştərilərin və işçilərin təhlükəsizliyini təmin etmək üçün həm sağlamlıq tədbirlərimizi, həm də mağazadaxili xidmətlərimizi düzəldəcəyik", - deyə şirkətdən verilən məlumatda bildirilir.

Qapalı satış üçün bağlanan mağazalar arasında "Fifth Avenue", "Grand Central" və "SoHo"da satış nöqtələri var. "Apple" sözçüsü bildirib ki, müştərilər mağazalardan onlayn sifariş edə biləcəklər.

Bu ayın əvvəlində "Apple" "COVİD-19" yoluxmalarının artması və mağaza işçiləri arasında artan risklərdən sonra ABŞ və Kanadada 3 mağazasını müvəqqəti bağladığını açıqlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »